Misirdə cənazələr nəzarət altında

Misirdə cənazələr nəzarət altında
  16 Avqust 2013    Oxunub:1257
Misirin paytaxtı Qahirədə təhlükəsizlik qüvvələrinin Ədəviyyə meydana hücumu zamanı həlak olan 259 nəfərin cənazəsini öz nəzarətlərində saxladığı iddia edilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin yaxınları isə bildirib ki, onların sənədlərində ölüm səbəbi “təbii ölüm” yazılıb.
Həlak olanların ailələri səhvin düzəldilməsini tələb etsələr də, təhlükəsizlik qüvvələrinin nümayəndələri bildirib ki, əgər ailələr sənədləri bu cür qəbul etməsələr cənazələr onlara təhvil verilməyəcək.

Müsəlman Qardaşları isə Qahirədə cümə namazından sonra “Qəzəb Cüməsi” adlı etiraz yürüşü keçirəcəklərini bəyan ediblər
Daxili İşlər Nazirliyi isə təhülkəsizlik qüvvələrinə göstəriş verib ki, qanuna qarşı çıxanlara qarşı odlu silahdan istifadə etsinlər.
Müsəlman Qardaşlar bu günə qədər 2 min nəfərin öldüyünü desə də, Səhiyyə Nazirliyinin rəsmi məlumatında 525 nəfərin öldüyü bildirilir.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti