BMT Suriyada kimyəvi silahı araşdıracaq

BMT Suriyada kimyəvi silahı araşdıracaq
  16 Avqust 2013    Oxunub:1131
BMT bildirib ki, silah ekspertləri münaqişə zamanı kimyəvi silahdan istifadə olunub-olunmamasını araşdırmaq üçün Suriyaya yollanacaq.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ekspertlərin Suriyaya daxil olması üçün Dəməşqdə razılıq əldə edilib. BMT-nin ekspertlərdən ibarət komandası iki həftə ərzində kimyəvi silahın daha çox tətbiq olunduğu şimal şəhəri daxil olmaqla üç əraziyə baş çəkəcək.

Qeyd edək ki, Suriya hökuməti BMT ekspertlərinə ölkəyə daxil olmağa icazə vermirdi. İyulun 31-i hökumət ekspertlərə ölkəyə girməyə razılıq verib. BMT-nin məlumatına görə, komanda artıq səfərə hazırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti