Erməni oyuncağından civə çıxdı

Erməni oyuncağından civə çıxdı
  16 Avqust 2013    Oxunub:3024
Ermənistan istehsalı olan uşaq oyuncağında civə aşkar edilib.
Bu barədə Qeyri-Hökumət Təşkilatının üzvü həkim Knarik Qriqoryan bildirib. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, civə 9 uşaq oyuncağında aşkar olunub. Oyuncaqlardan 9-u Çin, biri Ermənistan istehsalı olub. Civə həmçinin Avropadan idxal edilən kosmetika və uşaq üçün dodaq boyasının tərkibində olub.

Civə ilə ilk kütləvi zəhərlənmə 1956-cı ildə Yaponiyanın Minamat şəhərində baş verib. Hadisə asetilenin istehsalı zamanı istifadə olunan civə-sulfidin körfəz sularına qarışması nəticəsində baş vermişdi. Zəhərlənmə isə balıq və digər dəniz heyvanlarının ovlanması ilə olmuşdu.

2013-cü ilin yanvarında Cenevrədə BMT Minamat konvensiyası qəbul edib. Sənədin əsas məqsədi insan orqanizmindən civənin təhlükəli təsirini aradan qaldırmaqdır. Ermənistan isə hələ bu konvensiyaya qoşulmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti