Dünya Misir zorakılığını qınadı – VİDEO

Dünya Misir zorakılığını qınadı – VİDEO
  15 Avqust 2013    Oxunub:1305
Dünya dövlətləri Qahirədə hökumət qüvvələrinin nümayişçilərə zorakılıq tətbiq etməsini tənqid edib.
AzVision.az Aljazeera-yə istinadən xəbər verir ki, ABŞ, Avropa Birliyi və BMT daxil olmaqla dünya liderləri Misirdəki qanlı qarşıdurmanı qınayıb.

ABŞ

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, zorakılığın artması müvəqqəti hökumətlə Mursi tərəfdarları arasında barışığa ciddi zərbə vurub.

“Bu, bütün misirlilər üçün dönüş anıdır. Zorakılıq yalnız qeyri-sabitlik, iqtisadi fəlakət və bədbəxtlik gətirəcək” – Kerri vurğulayıb.

Avropa Birliyi

Birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Misirdəki zorakılığı qətiyyətlə ittiham edib və Misirin təhlükəsizlik qüvvələrini sakit olmağa çağırıb.

“Misirlilərin və beynəlxalq cəmiyyətin birgə səyi nəticəsində Misir problemlərini həll etmək və hərtərəfli demokratiyaya nail olmaq olar” – Eşton söyləyib.

Türkiyə

Ölkədəki repressiyanı kəskin şəkildə tənqid edən Türkiyə hökuməti zorakılığı demokratiyaya qayıdış ümidlərinə ciddi zərbə vurduğunu bildirib.

Türkiyə prezidenti Abdulla Gül xəbərdarlıq edib ki, Misiri Suriyada vətəndaş müharibəsinə sürükləyən hadisələrlə müqayisə edərək xəbərdarlıq edib ki, ölkədə xaos yarana bilər.

BMT

BMT-nin baş katibi Ban Ki Mun zorakılığı pisləyib və təəssüflə qeyd edib ki, Misir hakimiyyəti nümayişlərə cavab olaraq güc tətbiq edib.

“Ban Ki Mun misir xalqının ölkələrinin çiçəklənməsi və demokratiya əldə etməsini niyyətindən xəbərdardır” – BMT ofisi bildirib. O, bütün misirliləri barışığa çağırıb.

Həmas

Qəzzada “Həmas”ın idarə etdiyi hökumət Misirdə güc tətbiqini və qan tökülməsini ittiham edib. “Həmas” qısa bəyanatla bildirib ki, hakimiyyət böhranla mübarizə aparmaq üçün “dinc siyasi həll üsulu” tapmalıdır.

Tunis

Tunisin “Ennahda” partiyasının lideri Rəşid Qannuşi ölkədəki zorakılığı “zəlil cinayət” adlandırıb. O, Mursi tərəfdarları ilə həmrəy olduğunu söyləyib.

Almaniya

Almaniyanın xarici işlər naziri Gido Vestervelle bildirib ki, hökumət rəhbərliyin “Müsəlman Qardaşlar”a qarşı güc tətbiq etdiyi üçün zorakılığın artmasından “təşvişə düşüb”.

Kansler Angela Merkelin mətbuat katibi Şteffen Zaybert söyləyib ki, bütün misirlilərin hüquqları, siyasi görüşləri və inamlarına hörmət edilməsi və qorunması “həlledici prinsip” olmalıdır.

İordaniya

İordaniyanın “Müsəlman Qardaşlar”ı misirli həmkarlarını etiraz aksiyalarını davam etməyə çağırıb.

“Qardaşlar”ın siyasi qanadı “İslam Hərəkatı Cəbhəsi” də Misir hərbçilərinə xəbərdarlıq edərək söyləyib ki, onlar ABŞ və İsrail tərəfindən müsəlmanları zəiflətmək üçün yönəldilir.

Böyük Britaniya

Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, zorakılıq heç nəyi həll etməyəcək.

“Misirdə yalnız əsl demokratiyaya keçid tələb olunur. Bunun üçün isə bütün tərəflər güzəştə getməlidir” – baş nazir əlavə edib.

İran

İranın Xarici İşlər Nazirliyi Misirdəki zorakılığı ittiham edib.

“Zorakılıq vətəndaş müharibəsinə gətirib çıxara bilər” nazirliyin bəyanatında qeyd edilib. Bəyanatda həmçinin üsyanın amansız yatırılması və insanların qətli qınanıb.

Fransa

Fransa qanlı zorakılığı ittiham edib və repressiyaların təcili dayandırılmasını tələb edib. Xarici işlər naziri Loran Fabius beynəlxalq aləmi məsələni həll etməyə çağırıb.

“Mövcud vəziyyət güc tətbiq etməklə həll edilməyəcək” – Fabius deyib. O, böhrana demokratik yolla son qoymaq üçün bütün tərəfləri danışıqlar aparmağa çağırıb. Nazirin sözlərinə görə, Fransa tərəfləri bir araya gətirmək üçün əlindən gələni edəcək.

İtaliya

İtaliyanın xarici işlər naziri Emma Bonino Misirdə bütün tərəfləri zorakılıq və qan tökülməsinə son qoymağa çağırıb.

Qətər

Qətər Misirdəki zorakılığı tənqid edib. Ölkənin Xarici İşlər Nazirliyi Misir hökumətini nümayişçilərə qarşı repressiyalara son qoymağa çağırıb. “Böhrandan yeganə çıxış yolu sülh yolu ilə danışıqlardır” – nazirliyin bəyanatında bildirilib.



AzVision.az


Teqlər:





Xəbər lenti