Ərdoğan çağırış etdi

Ərdoğan çağırış etdi
  15 Avqust 2013    Oxunub:1217
`Suriyada susdunuz, Fələstində susdunuz , bu gün də Misir də susursunuz. Susanlar bilməlidirlər ki, onların əllərinə, üst-başlarına Misirdə dünyasını dəyişən günahsız körpələrin qanları bulaşıb`
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdəki hadisələri şərh edərkən bildirib.

Baş nazir qeyd edib ki, Ramazan ayı boyunca Misirdə ancaq qırğınların şahidi olduq:

`Demokratiya ilə mübarizə aparan xalqa qarşı qətliam törədilməsi ap-açıq ortadadır.
İnanıram ki, gec-tez Misir xalqı öz mübarizəsində qalib gələcək`.

Ərdoğan vurğulayıb ki, haqsızlıq qarşısında susmaq şeytanlıq əlamətidir:

`Biz inandığımız doğrularımızı hər zaman müdafiə etməyə hazırıq. Türkiyə buna susmayacaq. Dünyanın hansı ölkəsində olursa olsun, qətliama göz yummaq, həmin cinayətə ortaq olmaq deməkdir`.

Mirvari


Teqlər:  





Xəbər lenti