Uğursuz rəsmlər muzeyi - FOTOLAR

Uğursuz rəsmlər muzeyi - FOTOLAR
  15 Avqust 2013    Oxunub:4701
Dünyanın ən gözəl və ən bahalı rəsm əsərlərinin toplandığı muzeylərlə yanaşı, ən uğursuz rəsmlərin də sərgiləndiyi muzey var.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə rəsmlər ABŞ-ın Boston şəhərində yerləşən Uğursuz Sənət Əsərləri muzeyində toplanıb.

Muzeydə 600 rəsm əsəri var və onların içində ən pis olan sənət əsəri ən dəyərli əsər hesab olunur. Muzeyin müdiri Luzi Reyli Sako deyir ki, hər il muzeyə təxminən 8 min nəfər baş çəkir.
Buraya hər ay ən azı 20 tablo qəbul edilir və onlar arasında seçim edildikdən sonra divara asılır.

L.R.Sako vurğulayıb ki, muzeyin divarına asılacaq rəsm əsərinin qeyri-adi olmağı əsas şərtdir: “Əgər rəssam hazırladığı rəsm əsərini zibil qutusuna atmağı düşünürsə, deməli, həmin əsər bizim muzeydə yer almalıdır”.

Fatimə KƏRİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti