Misirdə fövqəladə vəziyyət

Misirdə fövqəladə vəziyyət
  15 Avqust 2013    Oxunub:1338
Ölkədə baş verən toqquşmada yüzlərlə ölən və yaralanan var.
Misirdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda yüzlərlə insan ölüb və yaralanıb. AzVision.-dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə statistikanı Birləşmiş Millətlər Təşkilatı açıqlayıb.

Təşkilatın baş katibi Pan Gi Mun nümayişçilərə qarşı güc tətbiq edilməsini mənfi hal kimi qiymətləndirib.

Qeyd edək ki, toqquşmanın baş verdiyi ölkə ölən və yaralananların sayının daha z olduğunu bildirib. Belə ki, Misir Səhiyyə Nazirliyi 56 nəfərin öldüyünü, 526 nəfərin yaralandığını açıqlayıb.

Misirdə toqquşma ilə əlaqədar 1 aylıq fövqəladə vəziyyət elan edildiyi də bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti