Dünya əhalisi soyuqdan donacaq - Buz dövrü qayıdır

Dünya əhalisi soyuqdan donacaq - Buz dövrü qayıdır
  25 Oktyabr 2016    Oxunub:13099
Kembric universitetinin alimləri hesab edir ki, 15 ildən sonra dünyada temperaturun kəskin aşağı düşəcəyi gözləyir.

AzVision.az xəbər verir ki, alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra günəşin fəallığı 60 faiz aşağı düşəcək. Bu, yer kürəsinin hərarətinin azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir edəcək.

Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək. Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi nəticəsində arzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü sürüşmələr meydana gələcək.

Lakin bir çox alimlər Jarkovun fikri ilə razı deyil. Bəziləri iddia edir ki, günəş fəallığının bir dərəcə azalması buz dövrünün başlanması üçün kifayət deyil. Qlobal istiləşmə tərəfdarları isə hesab edirlər ki, ozon təbəqəsində mövcud olan genişlənmə dünyada tempraturun artmasına gətirib çıxaracaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti