Amerikada Məsih adına qadağa

Amerikada Məsih adına qadağa
  14 Avqust 2013    Oxunub:1469
ABŞ-da hakim Məsih adlı uşağın adını dəyişərək Martin edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim qərarını belə əsaslandırıb ki, bu ad uşağın həyatını çətinləşdirə bilər: “Yalnız əsl Məsih olan İsa peyğəmbər bu adı daşıya bilər. Əksəriyyətin xristian olduğu bölgədə bu ad uşağın həyatını yalnız çətinləşdirə, adına görə insanların diqqətini cəlb edə bilər. Onu da nəzərə almalıyıq ki, hazırda o, özünə ad seçə biləcək yaşda deyil”.

Uşağın ailəsi onun soyadını dəyişdirmək üçün məhkəməyə müraciət etsə də hakim uşağın adını da dəyişib. Rəsmi statistikaya görə isə ABŞ-da 700 uşaq Məsih adını daşıyır. Uşağın anası isə hakimin qərarına etiraz edəcəyini bildirib: “Hakim öz dini inancına əsaslanaraq mənim uşağımın adını dəyişdirə bilməz. Uşağa Məsih adı seçməyimiz dini səbəblərlə bağlı deyil. Qardaşları Micah və Masonla oxşarlığı olduğu üçündür”.

Xristianlar Məsih deyiləndə İsa peyğəmbəri, Musəvilər isə yəhudilərin gözlədiyi xilaskar Məsihi nəzərdə tutur. Lüğət kitablarında da Məsih sözünün mənası xilaskar, azadlığa qovuşduran insan kimi verilir.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti