Misirdə vəziyyət gərgindir

Misirdə vəziyyət gərgindir
  14 Avqust 2013    Oxunub:1300
Misirin paytaxtı Qahirədə etiraz aksiyası keçirənlərə hərbi müdaxilə edilib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, ordunun Ədəviyyə və Nəhda meydanlarına etdiyi müdaxilə nəticəsində ölənlərin sayı 120-ə çatıb. 800 nəfərin isə yaralandığı bildirilir.
Məhəmməd Murisini dəstəkləyənlər arasında ölənlərin sayının artacağı ehtimal edilir.
Hazırda Zirehli buldozerlərin Ədəviyyə meydanındakı barrikadaları dağıtmağa başladığı bildirilir.

Həm Ədəviyyə, həm də Nəhda meydanlarının girişi və çıxışı zirehli maşınlarla bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti