ABŞ kəşfiyyatçıları işdən çıxarır

ABŞ kəşfiyyatçıları işdən çıxarır
  13 Avqust 2013    Oxunub:1352
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) itkilərlə mübarizə üçün sistem administratorlarının 90 %-ni işdən çıxarmağa hazırlaşır. Onların işlərini isə kompüterlər yerinə yetirəcək.
AzVision.az Interfaks-a istinadən xəbər verir ki, MTA rəhbərliyi sistem administratorlarının sayını 90 %-dək azaldacağını bildirib. Bu barədə MTA-nin direktoru Kit Aleksander deyib. Onun sözlərinə görə, agentlik əməkdaşlarını kompüter sistemi əvəz edəcək. Bu üsulla MTA məxfi informasiyaya malik əməkdaşların sayını azaltmağı düşünür. Çünki məxfi informasiyaya malik kəşfiyyatçılardan biri Edvard Snouden məlumatları mətbuata sızdırmışdı.

Bu ilin mayında keçmiş MTA və MKİ əməkdaşı Snouden “PRISM” sistemi barədə mətbuata informasiya yayıb. Bu informasiya isə böyük beynəlxalq qalmaqala səbəb olub. ABŞ hakimiyyəti bildirib ki, sistem bir neçə terror aktının qarşısını almağa kömək edib. Snouden üçün bu böyük problemlər yaradıb. Honq-Konqu tərk etdikdən sonra Rusiyanın “Şeremetyevo” aeroportunda gizlənən kəşfiyyatçı pasportu ləğv edildiyi üçün heç bir ölkəyə gedə bilməyib. Bu yaxınlarda isə Rusiya onu müvəqqəti sığınacaqla təmin edib. Qeyd edək ki, Rusiya hakimiyyətinin qərarı Barak Obama ilə Vladimir Putinin sentyabra planlaşdırılan görüşünün ləğvinə səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti