Alman polisi türkü döydü

Alman polisi türkü döydü
  13 Avqust 2013    Oxunub:1307
Trabzonlu Yaşar Albayrak Duisburg hava limanında alman polisinin zorakılığına məruz qalıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Duisburg şəhərində yaşayan üç uşaq anası Almas Albayrak və həyat yoldaşı Yaşar Albayrak oğlanları Ediz Albayrak və nişanlısını İstanbula yola salmaq üçün getdikləri Köln-Bonn Hava limanında alman polisinin şiddətiylə üzləşib.

Alman polisi tərəfindən döyülən 51 yaşlı Albayrak, başınbdan aldığı zopa zərbəsindən sonra huşunu itirib və xəstəxanaya çatdırılıb.

“Şənbə günü oğlum və nişanlısının biletləri haqqında informasiya almaq üçün hava limanındakı bir xanıma yaxınlaşdım. Xanım bizimlə maraqlanmadı, mən də buna etiraz etdim, aramızda qısa müddətli söz davası oldu.

Başqa bir səlahiyyətliyə yaxınlaşdım, bir müddət sonra bir neçə polis bizə yaxınlaşıb oğlumdan pasport tələb etdilər və qolundan tutub zorla aparmağa çalışdılar. Mən də oğlumun günahsız olduğunu, xanımla mənim konflikt yaşadığımı deyən kimi bir polis əlindəki dəyənəklə mənə hücum etdi, sonrasını xatırlamıram, huşumu itirmişəm”, - deyə Yaşar Albayrak hadisəni olduğu kimi danışıb.



Teqlər:  





Xəbər lenti