Türk güləşçi ermənilərin badına getdi

Türk güləşçi ermənilərin badına getdi
  12 Avqust 2013    Oxunub:1612
Beynəlxalq Güləş Federasiyası Türkiyənin Avropa və Dünya çempionu Rza Kayaalpa 6 aylıq cəza kəsib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FİLA 2012-ci il Olimpiadasının bürünc mükafatçısı, 2011-ci il 120 kq çəki dərəcəsində dünya çempionu tituluna yiyələnən türkiyəli güləşçini erməniləri təhqir etdiyi, irqçi çıxışlara yol verdiyi üçün 6 ay müddətinə yarışlardan uzaqlaşdırıb.

Gezi parkı aksiyaları zamanı öz Twitter hesabından erməni və yunanları təhqir edən Kayaalp onları “it” adlandırıb və hökumət əleyhinə aksiyaların təşkilində ittiham edib. Türkiyə ictimaiyyətində də geniş narazılığa səbəb olan və daha sonra Twitter hesabının ona aid olmadığını deyən Kayaalp gələn dünya çempionatının əsas favoritlərindən sayılsa da Federasiyanın cəzasından sığortalana bilməyib.


Teqlər:  





Xəbər lenti