Nobel mükafatı almaq üçün 100 min imza toplandı

Nobel mükafatı almaq üçün 100 min imza toplandı
  12 Avqust 2013    Oxunub:1220
ABŞ-ın keçmiş əsgəri Bredli Menninqə Nobel mükafatı verilməsi üçün 100 mindən çox imza toplanıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, ərizə “WikiLeaks” təşkilatının informatoru Bredli Menninqə Osloda Nobel mükafatı verilməsi üçün dəstək xarakteri daşıyır. Yüz mindən çox imza yığılmış sənədi amerikalı jurnalist və hüquq müdafiəçisi Noman Solomon təqdim edəcək.

“Bredli Menninq İraqdakı müharibənin qəbuledilməzliyini göstərən materialları açıb söyləməklə özünü böyük riskə atıb. Bu, ölkədən Amerika qoşunlarının çıxarılmasına gətirib çıxarıb. Ona görə də, Menninq İraq müharibəsinin dayandırılmasını sürətləndirib” - N.Solomon deyib.

Solomonun sözlərinə görə, Nobel komitəsi düzgün informasiyanın demokratiya və dünyanın ayrılmaz hissəsi olmasını qəbul etməlidir. O bildirib ki, toplanan imzaların altı mini internet kampaniyası vasitəsilə əldə edilib. Sənədi əsasən amerikalılar dəstəkləsələr də, onların arasında xarici vətəndaşlar da vardır.

B.Menninq 2010-cu ilin mayında Küveytdə ABŞ hərbi bazasında həbs edilib. O, 2009-2010-cu illər ABŞ-ın İraqdakı hərbi əməliyyatına aid sənədləri və videofaylları “WikiLeaks” təşkilatına verib. Menninq həbs olunduqdan sonra ABŞ-ın şərəfsiz xarici siyasətinə və ABŞ qoşunlarının qanunsuz hərəkətlərinə ictimaiyyətin diqqətini cəlb etmək istədiyini bildirib.

Məhkəmə B.Menninqi bir sıra ağır cinayətlərdə təqsirli bilib. Onu maksimum 90 il həbs cəzası gözlədiyi bildirilib. Məhkəmə dinləmələri avqustun 23-dək davam edəcək

AzVision.az


Teqlər:





Xəbər lenti