Edvard Snoudenin atası Rusiyaya gedir

Edvard Snoudenin atası Rusiyaya gedir
  13 Avqust 2013    Oxunub:1159
Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında Edvard Snoudenlə bağlı başlanan narazılıq getdikcə artır.
Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşına siyasi sığınacaq verməklə Vaşinqtonla münasibətləri korlayan Moskva hələ bu azmış kimi indi də oğlunu ziyarət etmək üçün ata Snoudenə viza verib. Rusiyaya səfəri öncəsi telekanallardan birinə müsahibə verən Lon Snouden qeyd edib ki, oğlunun ölkəsinə qayıtmasını çox istəsə də, Birləşmiş Ştatların ədliyyə sisteminin ədalətli olmaması onu düşündürür.

Prezident Barak Obamanın son çıxışında oğul Snoudeni vətən xaini adlandırmasına da münasibət bildirən böyük snouden dövlət başçısını xəbərdar edib. "Bütün amerikalılar sizin təhdidlərinizdən və etdiklərinizdən cana doyub" deyən Lon Snouden ölkədə kütləvi narazılıqların baş qaldıra biləcəyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti