İran Qazaxıstanda danışıqlar aparacaq

İran Qazaxıstanda danışıqlar aparacaq
  12 Avqust 2013    Oxunub:1388
Tehran “Böyük altılıq” ölkələri ilə danışıqların yeni mərhələsinin Qazaxıstanda keçirilməsi təklifini qəbul edib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Kayrat Sarıbay bildirib ki, “Böyük altılıq” ölkələri ilə Qazaxıstanda danışıqların keçirilməsi təklifinə Tehran müsbət cavab verib.

“Danışıqlar yeni İran prezidenti ilə yeni əlaqələrin qurulmasına və gələcəkdə konstruktiv əməkdaşlığın davam etdirilməsinə yardım edəcək” – K.Sarıbay vurğulayıb.

“Qazaxıstan gələcəkdə də öz logistik xidmətlərini göstərmək niyyətindədir və biz həmişə danışıq prosesinə şərait yaratmağa hazırıq” - Qazaxıstanın iki dəfə İranın nüvə proqramı üzrə danışıqları qəbul etməsini xatırladan nazir müavini qeyd edib.

“Bizim təklifimiz İran tərəfi tərəfindən müsbət qarşılanıb. Mən təklifin “Böyük altılıq” üzvləri tərəfindən də pozitiv qəbul ediləcəyinə əminəm. Hazırda İran hökumətinin rəsmiləşdirmə prosesini başa çatdırmasını gözləyirik. Sonra beynəlxalq “Altılıq” və İran yeni görüş yerini müəyyən edəcək” - Sarıbay deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti