Israil 26 fələstinli məhbusu azad etdi

Israil 26 fələstinli məhbusu azad etdi
  12 Avqust 2013    Oxunub:1643
Azad ediləcək 26 fələstinli məhbusun siyahısı açıqlanıb.
Onlar Fələstinlə sülh danışıqlarının bərpa edilməsi çərçivəsində əldə edilmiş razılaşma əsasında azad edilir.Artıq onlar çərşənbə günü azadlığa çıxmalıdır.

Fələstin tərəfi İsraillə birbaşa sülh danışıqlarının bərpası əvəzində ümumilikdə 104 fələstinlinin azad edilməsini tələb edir.

3 il bundan əvvəl dayandırılmış danışıqlar 2 həftə bundan əvvəl Vaşinqtonda bərpa edilib. Danışıqların növbəti mərhələsi yaxın günlərdə Qüdsdə olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti