Çin silkələndi

Çin silkələndi
  12 Avqust 2013    Oxunub:1172
Çinin qərbindəki Tibet muxtariyyətində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, yerli vaxtla saat 05:23-də baş verən təbii fəlakət nəticəsində ölən yoxdur.

Zəlzələnin episentri Çanqdu bölgəsindəki Zuoqonq qəsəbəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zuoqonq və Manqkanq qəsəbələrində bəzi binaların uçduğu, amma dəyən ziyanın hələ dəqiq hesablanmadığı bildirilir. Rəsmilərin sözlərinə görə, adı çəkilən qəsəbələrə yardım göndərilir amma ərazinin dağlıq olması yardımın qəsəbəyə çatmağına mane olur.

Fatimə


Teqlər:





Xəbər lenti