Azərbaycan məktəbinin 3 əsri - ARAŞDIRMA (II yazı)

Azərbaycan məktəbinin 3 əsri  - ARAŞDIRMA (II yazı)
  05 Oktyabr 2016    Oxunub:8630
Yeganə Kamal Cabbarlı

(Bu araşdırmanı “Bilik günü” münasibətilə gözəl tarixçi, müəllimim və atam Kamal Cabbarovun unudulmaz xatirəsinə və həm də bütün müəllim adını daşıyan kəslərə - Azərbaycanın çoxsaylı müəllim ordusuna ərməğan edirəm. Bayramınız mübarək, əziz müəllimlərimiz!)

(Əvvəli BURADA)

...XIX əsrdə imperiya hökumətində bir neçə növ ibtidai məktəb fəaliyyət göstərirdi. Belə məktəblər fərqli nizamnamə və proqramlara malik idilər. Həmçinin, müəllimlərin tədris pulu, idarə tabeçilikləri məsələləri də müxtəlifliyi ilə seçilirdi. Tədris müəssisələrində dərs vermək üçün müəllimlər bitirdikləri təhsil müəssisələrində aldıqları təhsil müddətinə görə məktəblərə təyin edilirdilər.


Yəni əgər nazirliyin tabeçiliyində fəaliyyət göstərən məktəb bir illik təhsil verirdisə müəllim 3 illik təhsilə, iki illik və daha yuxarı (məsələn əlavə 6 ay) idisə 5 illik təhsilə malik olmalı idi. Lakin məktəbləri nazirlk açsa da onların tələbatını ödəmək üçün çox cüzi maliyyə vəsaiti ayırırdı. Bu səbəbdən də çox vaxt yerlərdə məktəblər yerli vəsaitlər hesabına açılırdı. Lakin bunlar da naizrlik məktəbi hesab edilir və bütünlüklə xalq məktəbləri inspektorunun tabeçiliyinə verilirdi. Bir illik və iki illik təhsil verən məktəblərdə tədris olunan fənnlər fərqli idi. Belə ki, birillik məktəblərdə dini dərslər, rus dili, hüsnxət, hesab öyrədilir, ikillik məktəblərdə isə əlavə olaraq tarix, coğrafiya, təbiətşünaslıq, dini nəğmələr (xristianlar üçün) və rəsmxət də keçilirdi.

XIX əsrin 70-90-cı illərində çar hökumətinin təhsil siyasətinin əsas xarakteri orta və ali məktəblərdə klassizmin möhkəmlənməsi ilə müşaiyət olunurdu. Hökumət qərb təhsil istiqamətini priaritet kimi qəbul edirdi. 80-ci illərdə isə orta təhsil müəssisələrində təhsil alan şagirdlərin sosial tərkib məsələsi gündəmə gəldi.Hökumət belə hesab edirdi ki, bəzi sənət sahiblərinin övladları gimnaziyalardan kənarlaşdırılmalıdır. Çünki onları öz mühitlərindən çıxarmaq lazım deyil. Bunlar isə faytonçular, aşpazlar, lakeylər, xırdavatçılar və s. idi.

Yüzilliyin 90–cı illərində rus hökumətinin təhsil siyasətində iki əsas istiqamət müşahidə olunur: dövlət təhsili və ictimai təhsil. Dövlət bütün təhsil müəssisələrinə nəzarəti öz əlinə almışdı və onlara müstəqil davranmaq imkanı vermirdi. Doğrudur, bir tərəfdən nazirlik köklü dəyişikliklərə yol vermədən, bəzi yeniliklərin tətbiqinə imkan yaradırdı. Lakin digər tərəfdən də məktəb siyasətindəki köhnəlmiş prinsipləri mühafizə edirdi. Bununla belə geniş pedoqji cəmiyyət get-gedə, israrlı bir şəkildə yeniliklərə can atır, yeni məktəblər açmağa çalışırdı.

İbtidai məktəblərin əsas növü səhər məktəbləri idi. Bu məktəblər 1872- ci il nizamnaməsi əsasında yaradılmışdı.Bundan əlavə Təhsil Nazirliyinin sərəncamında olan şəxsi məktəblər də vardı.

Şəxsi məktəblərin özünəməxsus özəllikləri vardı. Bu məktəblər xüsusi qaydalarla fəaliyyət göstərirdilər. Belə ki, “Xalq Təhsili Nazirliyinin dövlət tədris müəssisələrinin qaydalarından istifadə etməyən şəxsi təhsil müəssisələri, sinif və kurslarla bağlı” qaydalar mövcud idi. Bu qaydalara əsasən rus tabeçiliyində olan zemstvo, şəhər,zümrə, kilsə, o çümlədən, xüsusi cəmiyyətlər, idarələr və ayrı–ayrı şəxslərə tədris müəssisəsi, sinif və kurslar açamağa icazə verilirdi. Həmin tədris müəssisələri haqqında qaydalarda göstərilirdi ki, onlar ümumtəhsil, xüsusi və peşə təhsili müəssisələri; ayrı- ayrı cinslər üzrə (kişi və qadın), həmçinin qarışıq tipli ola bilər. Orta təhsil müəssisələri, sinif və kurslarda qarışıq – birgə təhsil verilməsi üçün tədris dairəsi müdirinin ( popeçitel), ali təhsil müəssisələri üzrə isə nazirliyin icazəsi lazım idi.

İmperiyanın bütün təhsil müəssisələrində olduğu kimi şəxsi məktəblər də də təhsil dili rus dili idi. Başqa dindən olanlar üçün isə təkcə dini dərslər ana dilində keçirilirdi.

Beləliklə, Bakı quberniyası üzrə 1901-ci ilə olan hesabatlara əsasən 90 ibtidai məktəb vardı ki, onlarda da təhsil alanların sayı 4209 oğlan və 1594 qız olmaqla cəmi 5813 nəfər idi.Məktəblərin illik xərci 203 min rubl təşkil edirdi.

Bakı şəhər icma məktəblərində (cəmi 22 məktəb) 140 oğlan, 85 qız təhsil alırdı. O çümlədən, Bakının kənd icma məktəblərində (23 məktəb) 936 oğlan, 34 qız; Xalq Təhsili Nazirliyinin tabeçiliyində olan məktəblərdə (13 məktəb) 258 oğlan, 34 qız; kənd xristian məktəblərində (5 məktəb) 228 oğlan, 54 qız; kənd qeyri – xristian məktəblərində (9 məktəb) 179 oğlan, 61 qız; Xeyriyyə cəmiyyətlərinin məktəblərində (3 məktəb) 103 oğlan, 47 qız təhsil alırdı.

1 yanvar 1908–ci il hesabatına görə Qafqazda fəaliyyət göstərən 1144 “müsəlman məktəbləri”ndən (məktəb, məscid və aul məktəbləri) yalnız 11 məktəb Gəncə quberniyasında yerləşirdi və bu məktəblərdə 8761 nəfər azərbaycanlı təhsil alırdı. Dünyəvi təhsil məktəblərində təhsil alan azərbaycanlıların sayı isə 17 398 nəfər idi. Onlardan 2 ,8% ümumi orta, 5,6% ümumi aşağı, 6,0% ibtidai, 6,5% xüsusi peşə, 8,0% isə sənaye təhsili alırdı. 128 000 məktəb yaşlı azərbaycanlı uşaqların təhsilə cəlb edilənləri cəmi 12% təşkil edirdi. 1 yanvar 1912 – ci il hesabatına görə gimnaziya və progimnaziyalarda cəmi 571 nəfər azərbaycanlı ( ümumilikdə 656 nəfər müsəlman ), real uçilişlərdə 523 nəfər azərbaycanlı ( 957 müsəlman ), qadın gimnaziyalarında 141 azərbaycanlı (188 müsəlman qadın). Mariya qadın uçilişlərində 9 azərbaycanlı ( 17 müsəlman qadın).

Zaqafqaziyanın 54 şəhər uçilişlərindən 7 uçiliş Bakıda, 3 uçiliş isə Gəncədə yerləşirdi. 1 ci Bakı uçilişinin nəzdində “mühasibatlıq sinfi”, Gəncə uçilişinin nəzdində isə “ pedoqoji sinif” fəaliyyət göstərirdi.Bundan başqa Gəncə uçilişlərinin “əl işləri”, Nuxa uçilişlərində isə “ kənd təsərrüfatı və malyarlıq” sinifləri vardı.Bu uçilişlərdə təhsil alan azərbaycanlıların sayı 1470 nəfər ( 1634 müsəlman ) təşkil edirdi.Sənaye uçilişləri. Peşə kursları və siniflərdə 123 azərbaycanlı ( 132 müsəlman ) oxuyurdu.Bakı – Dağıstan direksiyasının tabeçiliyində 180, Gəncə direksiyasında isə 160 ibtidai uçiliş açılmışdı.Bakı – Dağıstan direksiyasının 21 072 şagirdinin, Gəncə direksiyasının isə 11 600 şagirdinin cəmi 13 333 nəfəri azərbaycanlı idi.
İbtidai uçilişlərin də əl əməyi, sənət, əl işləri, kənd təsərrüfatı yönümlü şöbə və sinifləri vardı. Belə ki, Gəncə quberniyası üzrə:

Ərəş qəzasında nəzdində kənd təsərrüfatı sinifləri olan uçilişlər:

1) Qacalı - iki illik;
2) Qaradağlı – Ceynam;
3) Xaldan;

Sənət sinifləri

1) Ağdaş iki illik;

Cavanşir qəzasında:
Kənd təsərrüfatı sinifləri:

1) Bərdə iki illik;
Sənət şöbələri:
1) Kasapet ibtidai;
2) Tərtət iki illik;
Gəncə qəzası:
Gəncə şəhərində:
Sənaye uçilişi:
1) Gəncə Mixaylov kənd təsərrüfatı sinfi olan sənət uçilişinin şöbələri: xarrat –tokar, dəmirçi – çilingər və aqronom;
Kənd təsərrüfatı sinifləri
1) Bəhmənlər iki illik rus – tatar kişi uçilişi (bağçılıq, bostançılıq və üzümçülük);
Sənət sinifləri:
1) Bəhmənlər iki illik rus –tatar kişi uçilişi ( işəmuzd – sərrac,çamadan və çüvək ( çust ) istehsalı);
2) Gəncə iki illik dəmiryol uçilişində ( Xarrat və dəmirçi peşəsi );
3) Gəncə 4 – cü qarışıq ibtidai uçilişdə ( çəkməçi sənəti və corab toxuculuğu istehsalı );
4) Gəncə 6 – cı qarışıq ibtidai uçilişdə ( Çildləmə işi )4
Əl işləri sinifləri:
1) Gəncə ali ibtidai uçilişdə ( Ağac emalı, yapma işi, papye – maşedən dərs vəsaitlərinin hazırlanması və kartonaj işləri);
2) Gəncə Vaqzalyanı iki illik uçilişdə ( ağac emalı );
3) Gəncə 1 – ci qadınlar uçilişində ( yapma və kartonaj );
4) Gəncə 6 – cı qarışıq uçilişində ( ağac emalı );
5) Gəncə Bəhmənlər 7 – ci rus - tatar qadınlar uçilişində ( kartonaj );
Qəzada:
Kənd təsərrüfatı və sənət şöbələri:
1) Zurnabad iki illik uçilişdə ( bağçılıq, arıçılıq və xarrat- tokar peşəsi );
Sənət şöbələri:
1) Barsum iki illik uçilişində ( xarrat – tokar peşəsi );
2) Novo – Saratovka iki illik uçilişdə ( dəmirçi – çilingər );
3) Çardaxlı iki illik uçilişdə ( dəmirçi – çilingər );
Kənd təsərrüfatı və sənət sinifləri:
Slavyan iki illik uçilişdə ( bostançılıq, bağçılıq və xarrat – tokar peşəsi );
Kənd təsərrüfatı sinifləri:
1) Qaraçinar iki illik uçilişdə ( Konserv işi );
2) Qovlar bir illik uçilişdə ( bostançiliq,bağçılıq. Ipəkçilik və konserv işi );
3) Novo – İvanovka iki illik uçilişdə ( yağ – pendir istehsalı );
4) Xanqərvənd ibtidai uçilişində ( bostançılıq );
5) Çaykənd iki illik uçilişdə ( ( bağçılıq. Ipəkçilik və arıçılıq );
6) Yuxarı Ayıblı iki illik uçilişdə ( bostançılıq, bağçılıq və konserv işi );
Sənət sinifləri:
1) Yuxarı – Ağcakənd iki illik uçilişdə ( dəmirçi – çilingər );
Zəngəzur qəzası:
Kənd təsərrüfatı sinifləri:
1) Minkənd iki illik uçilişdə ( Südçülük təsərrüfatı );
Qazax qəzası:
Qazax şəhəri:
Kənd təsərrüfatı – peşə sinifləri:
1) Dağkəsəmən iki illik normal uçilişdə ( bağçılıq, ipəkçilik, arıçılıq və səbət toxuma );
Qəzada:
Kənd təsərrüfatı sinifləri:
1) Başkənd iki illik uçilişdə ( arıçılıq );
2) Saloğlu iki illik uçilişdə ( quşçuluq );
Peşə sinifləri:
1) Karvansaray ibtidai uçilişdə ( xarrat – tokar peşəsi );
2) Staro – Miaxaylovsk iki illik uçilişdə ( xarrat – tokar peşəsi);
Məktəb bağları:
1) Poylu ibtidai uçiliş yanında məktəb bağı;
Qaryagin qəzası:
Kənd təsərrüfatı sinifləri:
1) Qaryagin iki illik uçilişdə ( bostançılıq və bağçılıq );
Nuxa qəzası:
Nuxa şəhəri:
Peşə sinifləri:
1) Nuxa 4 illik qarışıq uçilişdə ( xarrat – tokar peşəsi );
Əl əməyi sinifləri:
1) Nuxa ali ibtidai uçilişdə ( ağac emalı );
Qəzada:
Kənd təsərrüfatı – sənət şöbələri:
1) Qutqaşen iki illik uçilişdə ( bostançılıq, bağçılıq və xarrat – tokar sinifləri );
2) Vartaşen iki illik uçilişdə ( ( bağçılıq, ipəkçilik və ipək parça emalı );
Kənd təsərrüfatı sinifləri:
1) Bum birillik ibtidai uçilişdə ( arıçılıq );
2) Padar ibtidai uçilişdə ( bostançılıq, bağçılıq və ipəkçilik );
3) Yaqublu ibtidai uçilişdə ( bağçılıq, tarlaçılıq );
Sənət sinifləri:
1) Xaçmaz iki illik uçilişdə ( çilldləmə işi );
Məktəb bağları:
1) Vəndəm ibtidai uçilişin məktəb bağları;
2) Xaçmaz iki illik uçilişin məktəb bağları;
Şuşa qəzası:
Şuşa şəhəri:
Sənət şöbələri:
1) Şuşa 1 ci iki illik rus – tatar uçilişində ( xarrat – tokar peşəsi );
2) Şuşa iki illik ibtidai qadın uçilişində ( xalça toxuculuq sənayesi );
Qəzada:
Kənd təsərrüfatı – sənət şöbələri:
1) Ağdam iki illik uçilişdə ( bağçılıq, ipəkçilik. Konserv işi və dəmirçi – çilingər peşəsi );
2) Xankəndi iki illik uçilişdə ( gülçülük, arıçılıq, xarrat – tokar və dəmirçi – çilingər peşəsi );
Kənd təsərrüfatı sinifləri:
1) Şıxlar – Qərvənd ibtidai uçilişdə ( bağçılıq );
Sənət sinifləri:
1) Hüsülü iki illik uçilişdə ( ipəkçilik );
Zaqatala dairəsi:
Zaqatala şəhəri:
Sənaye sinifləri:
1) Zaqatala ibtidai sənət məktəbi ( şöbələr: xarrat – tokar, dəmirçi – çilingər və kənd təsərrüfatı )4
Əl əməyi sinifləri
1) Zaqatala ibtidai peşə məktəbinin əl əməyi sinifində ( ağaç və metal emalı və bağ işləri );
Dairədə:
1) Qax iki illik normal uçilişdə ( xarrat – tokar peşəsi );
Naxçıvan qəzası:
Naxçıvan şəhəri:
1) Naxçıvan ali uçilişi yanında peşəkar sinifləri ( xarrat –tokar və dəmirçi – çilingər peşələri. Səbət toxuculuğu,ipəkçilik də daxil olmaqla kənd təsərrüfatı sahələri );
Bakı quberniyası:
Bakı qradonaçalnikliyi:
Bakı şəhəri:
Texniki uçilişlər:
1) Bakı Alekseyev mexanika və inşaat – texniki orta uçilişi;
Sənaye uçilişləri:
2) Bakı Alekseyev orta texniki uçilişin nəzdində bakı ibtidai peşə məktəbi;
Təlim emalatxanaları:
3) Bakı Alekseyev orta texniki uçilişin heykəltəraşlıq – daşyonma təlim emalatxanası;
4) Bakı Alekseyev orta texniki uçilişin naxışbasma və minalama emalatxanası;
Qadın peşəkarlıq sinifləri:
5) Bakı şəhər peşəkar sinifi ( paltar biçmə və tikmə );
Göyçay qəzası:
Göyçay:
Əl işi sinifləri:
6) Göyçay ikiillik uçilişi yanında əl işləri sinifində ( səbət hörmə );
Qəzada:
7) Kürdəmir Vağzalyanı dəmiryol uçilişi yanında əl işləri sinifində ( səbət hörmə );
Cavad qəzası:
Sənət şöbəsi:
8) Petropavlovsk iki illik uçilişi yanında sənət şöbəsində (dəmirçi – çilingər peşəsi );
Quba qəzası:
Quba şəhəri:
Əl işi sinifləri:
9) Quba iki illik uçilişi yanında əl işi sinifində ( yapma və papye – maşedən dərs vəsaitlərinin hazırlanması );
Lənkəran qəzası:
Lənkəran şəhəri:
Sənət şöbələri:
10) Lənkəran Qraf Vorontsov – Daşkov ali ibtidai uçilişi yanında sənət şöbəsində ( dəmirçi – çilingər peşəsi );
Qəzada:
Əl işi sinifləri:
11) Burcalı bir illik uçilişi yanında əl işi sinsfində ( səbət hörmə );
Şamaxı qəzası:
Şamaxı şəhəri:
Sənət sinifləri:
12) Şamaxı ali ibtidai uçilişi yanında sənət sinifi ( xarrat – tokar peşəsi );
Qəzada:
Əl işi sinifləri:
13) Çuxur – yurd iki illik uçilişi yanında əl isi sinifi ( səbət hörmə );
14) Çaban birillik uçilişi yanında əl işi sinifi ( səbət hörmə ).
Qadın peşə uçilişlərinə gəldikdə isə Bakıda 2 - 1900 – cü ildə açılmış A. P. Tutovanın və 1901 – ci ildə açılmış O. D. Zotikovanın şəxsi qadın gimnaziyaları fəaliyyət göstərirdi. Bundan əlavə Balaxanıda da 1911 – ci ildə Balaxanı şəxsi real uçiliş açılmışdı.

Ümumilikdə Bakı xalq uçilişləri direksiyasının tabeçiliyində cəmi 9 sənət, kənd təsərrüfatı və digər peşə təhsili verən uçiliş vardı. Gəncə xalq təhsili direksiyasında isə 61 belə uçiliş fəaliyyət göstərirdi. Zaqatala dairəsində 2, Naxçıvan qəzasında isə 1 peşə uçilişi vardı.

Müsəlman məktəblərinin vəziyyəti isə belə idi: Gəncə quberniyasında şiələr üçün 1 mədrəsə və 77 məktəb açılmışdı ki,bu məktəblərdə 2188 oğlan, 85 qız təhsil alırdı.

Bundan başqa 12 məscid məktəblərində isə 20 qız, 598 oğlan oxuyurdu. Sünnülər üçün isə 78 məktəb və əlavə 70 məscid məktəbi vardı.

Qafqaz Tədris Dairəsinin Azərbaycan ərazisində 2 direksiyası yaradılmışdı: Bakı – Dağıstan və Yelizavetpol (Gəncə).

Bakı – Dağıstan direksiyasının tabeçiliyində Bakı quberniyası üzrə 377, Gəncə direksiyasının tabeçiliyində quberniya üzrə 325, Zaqatala diyarında isə 10 ibtidai uçiliş fəaliyyət göstərirdi.

Şəxsi təhsil müəssisələri ilə bağlı vəziyyətə gəldikdə isə Bakı quberniyasında 1915 – ci ilin yekunlarına görə 13 belə müəssisə vardı ki, burada da 441 nəfər ( 273 kişi,168 qadın) təhsil alırdı.Gəncə quberniyasında fəaliyyət göstərən cəmi 5 şəxsi təhsil müəssisəsində təhsil alanların sayı isə 111 nəfər (83 kişi, 28 qadın) idi. Bakı quberniyasında həm də 3 yəhudi məktəbi fəaliyyət göstərirdi. Yəhudi məktəblərində təhsil alan 570 şagirdin 309 nəfəri kişi, 261 nəfəri isə qadın idi. Digər quberniya və dairələrdə yəhudi məktəbləri yox idi.

Beləliklə, XIX əsrdə Qafqaz Tədris Dairəsi tərəfindən Azərbaycan ərazisində əyalət, quberniya, vilayət, şəhər və kəndlər üzrə yaradılan tədris müəssisələri ilə bağlı statistik vəziyyyət belə idi:

Bakı və Gəncə quberniyaları üzrə:
a) Gimnaziyalar ( kişi)
1) Bakı 1 ci – 1 sentyabr 1896 – cı il;
2) Bakı 2 – ci – 1 iyul 1910 – cu il;
3) Bakı 3 – cü - 1 iyul 1910 – cu il;
4) Gəncə - 31 mart 1881 – ci il;
b) Progimnaziyalar
1) Lənkəran - 1 avqust 1910 – cu il;
Gimnaziyalar ( qadın):
1) Bakı Mariya (1- ci ) – 8 sentyabr 1874 – cü il;
2) Bakı 2 – ci - 15 may 1882 – ci il;
3) Bakı 3 – cü - 11 sentyabr 1913 – cü il;
Progimnaziyalar( qadın ):
1) Lənkəran - 4 fevral 1913 – cü il;
2) Balaxanı - 1 sentyabr 1911 – ci il;
Müqəddəs Nina müəssisələri:
1) Bakı - 15 aprel 1848 – ci il; 9 iyul 1897 – ci ildə yenidən qurulub;
2) Gəncə - 14 yanvar 1885 – ci il;


Mariya qadın uçilişləri
1) Şuşa – 1874 – cü il;
2) Şüşa – 1 iyul1894 - cü il;
3) Bakı – 8 sentyabr 1874 – cü il;
4) Zaqatala - 1 iyul 1904 – cü il;

Real uçilişlər
1) Bakı ( 3 illik ) – 1 yanvar 1874 – cü il;
2) Şuşa ( --- ) – 20 sentyabr 1881 – ci il;
3) Şamaxı (---) - 24 oktyabr 1906 – cı il;
Müəllim institutları və seminariyalar:
Seminariyalar:
1) Gəncə - 1 iyul 1914 – cü il;
Texniki uçilişlər:
1) Bakı - 1905 – ci il;
Dənizçilik sinifləri
1) Bakı - 8 noyabr 1881 – ci il;
Ali ibtidai və şəhər uçilişləri;
Ali ibtidai uçilişlər:
1) Bakı 1 – ci ( kişi) - 1 oktyabr 1912 – ci il;
2) Bakı 2 – ci (---) - 1 sentyabr 1914 – cü il;
3) Gəncə - “--------------------------“;
4) Zaqatala - “ --------------------------“;
5) Qazax - “--------------------------“;
6) Quba - 1 yanvar 1914 – cü il;
7) Şamaxı - “---------------------------“;
8) Şuşa - “---------------------------“;
9) Nuxa - “-------------------------“
10) Lənkəran - 1 iyun 1904 – cü il;
11) Naxçıvan - 1 sentyabr 1914 – cü il;
12) Ordubad - 1 sentyabr 1914 – cü il;
Şəhər uçilişləri:
1) Bakı 1 – ci - 1 sentyabr 1889 – cu il;
2) Bakı 2 – ci - 31 may 1898 – ci il;
3) Bakı 3 – cü - 1 sentyabr 1911 – ci il;
4) Sabunçu - 1 oktyabr 1904 – cü il;
5) Quba - 1 sentyabr 1908 – ci il;
6) Lənkəran - 1 iyul 1904 – cü il;
7) Şamaxı - 1 sentyabr 1901 – ci il;
8) Gəncə - 1 sentyabr 1884 – cü il;
9) Nuxa - 1 sentyabr 1831 – ci il;
10) Şuşa - 1 iyul 1875 – ci il;
11) Naxçıvan - 1879 – cu il;
12) Ordubad - 1908 - ci il;
13) Zaqatala qəza uçilişi - 1862 – ci il;

Sənaye uçilişləri
a) Ibtidai texniki uçilişlər
1) Bakı ibtidai texniki uçiliş – 1 sentyabr 1896 – cı il;
2) Həmin uçilişin nəzdində sənət məktəbi – 1 sentyabr 1896 – cı il.
3) Zaqatala texniki uçiliş – 15 may 1882 – 1897ci il;
4) Gəncə sənət uçilişi – 1884 – 1893;

Şəxsi təhsil müəssisələri
Gəncə quberniyası
II dərəcəli
1) Müqəddəs Nina müəssisəsi ( Gəncə şəhəri ) – 1885 –ci il;

III dərəcəli
1) Gəncə - 1889 – cu il;
2) Gəncə - 1896 – cı il;( həmin ildə Gəncədə 4 məktəb açıldı)
3) Şuşa – 1867 – ci il;
4) Şuşa – 1868 – ci il;
5) Şuşa - 1874 – cü il;
6) Şuşa – 1885 – ci il ( 2 məktəb);
7) Şuşa – 1896 – cı il;
8) Nuxa – 1896 – cı il ( 2 məktəb );

Bakı quberniyası
I dərəcəli
1) Müqəddəs Nina müəssisəsi ( Bakı şəhəri) – 1893 – cü il;
II dərəcəli
1) Bakı şəhəri - 1896 – cı il;
III dərəcəli
1) Bakı ş. – 1882 – ci il;
2) Bakı ş. – 1887 – ci il ( 2 məktəb);
3) Nobel qardaşlarının Qaraşəhər məktəbi – 1884 – cü il;
4) Sabunçu Neft cəmiyyətinin məktəbi – 1882 – ci il;
5) Şamaxı məktəbi – 1842 – ci il;
6) 2 illik Dəmiryolu məktəbi ( Bakı şəhəri ) – 1895 – ci il;
7) Bakı şəhəri – 1896 – cı il ( 4 məktəb );
8) Bakı şəhəri - 1895 – ci il;
9) Xəzər – Qaradəniz cəmiyyətinin məktəbi – 1896 – cı il;
10) Nobel qardaşlarının gecə kursları – 1896 – cı il;
11) Xəzər – Qaradəniz cəmiyyətinin Balaxanı məktəbi – 1896 – cı il; “Benkendorf I K” kompaniyasının məktəbi – 1896 – cı il;
12) “ Voskresnaya şkola “ ( Bakı şəhəri ) – 1893 – cü il;

Ibtidai təhsil müəssisələri
Gəncə quberniyası
I dövlət
a) Şəhər ikiillik
1) Gəncə dəmiryol məktəbi ( Gəncə şəhəri ) – 1892 – ci il;
2) Şuşa rus – tatar məktəbi ( Şuşa şəhəri ) – 1896 – cı il;
b) Şəhər birillik
1) Bəhmənlər rus – tatar məktəbi (Gəncə qəzası ) – 1898 – ci il;
c) Kənd normal ikiillik məktəblər
1) Dağkəsəmən ( Qazax qəzası ) – 1876 – cı il;(1884 – cü ildə Qazağa köçürülür );
2) Cəbrayıl ( Cəbrayıl qəzası ) – 1876 – cı il;
3) Xankəndi məktəbi ( Şuşa qəzası ) – 1897 – ci il;
II ictimai məktəblər
a) Şəhər ikiillik
1) Nuxa rus – tatar sünnü məktəbi – ( Nuxa ş. ) – 1896 – cı il;
2) Nuxa rus – tatar şiə məktəbi ( Nuxa ş. ) – 1896 – cı il;
3) Nuxa 2 – ci rus – tatar məktəbi - 25 iyun 1897 – ci il;
4) Nuxa 3 – cü rus – tatar - 1 sentyabr 1901 – ci il;
5) Şuşa müsəlmanlar məktəbi ( Şuşa ş. ) – 1896 – cı il;
6) Gəncə 1 – ci qadın məktəbi - 1899 – cu il;
7) Gəncə 2 – ci qadın məktəbi – 1901 – ci il;
8) Gəncə məscid kişi mətəbi – 1902 – ci il;
9) Nuxa qadın məktəbi – 1899 – cu il;
10) Nuxa kişi məktəbi – 1899 – cu il;
11) Naxçıvan rus – tatar - 1894 – cü il;
12) Naxçıvan kişi məktəbi - 1899 – cu il;
13) Naxçıvan qadın məktəbi - 1904 – cü il;
b) Şəhər birillik
1) Bəhmənlər rus – tatar qadın məktəbi –1 sentyabr 1901 – ci il;
2) Gəncə məsçid rus–tatar qadın məktəbi –1903 – cü il;
3) Gəncə kişi məktəbi - 1904 – cü il;
4) Noraşen məktəbi ( Gəncə ) – 1898 – ci il;
5) Nuxçin 3 – cü rus – tatar məktəbi ( Nuxa) – 1901 – ci il;
6) Şuşa Təzəcam məktəbi - 1898 – ci il.

c) Zemstvo məktəbləri
1) Ağdam ikiillik ( müsəlman) – 18 oktyabr 1883 – ci il;
2) Bərdə ikiillik – 24 oktyabr 1883 – cü il;
3) Vartaşen ikiillik – 1887 – ci il;
4) Hadrut ikiillik – 10 oktyabr 1896 – cı il;
5) Qaraçinar ikiillik – 1885 – ci il;
6) Slavyan ikiillik – 1885 – ci il;
7) Tuğ ikiillik - !885 – ci il;
8) Çaykənd ikiillik – 1887 – ci il;
9) Şıxlı ikiillik – 1886 – cı il;
10) Saloğlu birillik – 1878 – ci il;
11) Qarabulaq ( Cəbrayıl qəzası ) -1897 – ci il;
12) Zurnabad – ( Gəncə qəzası) – 1897 – ci il;
13) Caqrı ( Naxçıvan qəzası ) - 1885 –ci il;
14) Nehrəm - 1885 – ci il;
15) Şahtaxtlı - 1888 – ci il;

Xalq Təhsili Nazirliyi
a) kənd ikiillik məktəbləri
1) Ağdaş – 25 oktyabr 1882 – ci il;
2) Annenfeld ( Gəncə ) – 1837 – ci il;
3) Yelenendorf ( Gəncə ) – 1819 – cu il;
4) Kasapet ( Cavanşir qəzası ) – 1883 – cü il;
5) Qacalı ( Ərəş qəzası ) – 1902 – ci il;
6) Qayabaşı ( Ərəş qəzası ) -1892 – ci il;
7) Böyük – Saqutlu ( Ərəş qəzas) – 1899 – cu il;
8) Xaldan – 1899 – cu il;
9) Barsum ( Gəncə qəzası) – 1903 – cü il;
10) Georgiyev – 1889 – cu il;
11) Zəylik – 1899 – cu il;
12) Köhnə - Mixaylovsk -1899 – cu il;
13) Çardaxlı – Ceynam - 1899 –cu il;
14) Nic (Nuxa qəzası ) – 1 noyabr 1884 -1898 – ci il;
15) Bum -1890 – cı il;
16) Vəndəm - 1883 – cü il;
17) Qutqaşen – 1882 – ci il;
18) Karvansara ( Qazax qəzası) - 1899 – cu il;
19) Sarov ( Cavanşir qəzası ) – 1883 – cü il;
20) Dovşanlı ( Cavanşir q. ) -1902 – ci il;
21) Cəbrayıl ( Cəbrayıl qəzası) - 1876 – cı il;
22) Qaladərəsi ( Zəngəzur qəzası ) – 1 sentyabr 1901 – ci il;
23) Tağ ( Şuşa qəzası ) – 1896 – cı il;
24) Tağaverd – ( Şuşa qəzası ) – 1900 – cü il;
25) Qulubəydizin ( Naxçıvan qəzası ) - 1882 – ci il;
26) Mahmudov ( --- ) - 1896 – cı il;
27) Çananab (---) - 1899 – cu il;
b)Kənd birillik
1) Ağcabədi – 1883 – cü il;
2) Alpout - 1883 – cü il;
3) Bum – 1890 – cı il;
4) Vəndəm – 1883 – cü il;
5) Aşağı Göynük - 12 dekabr 1884 – cü il;
6) Qavarlı ( Ərəş qəzası ) - 1899 – cu il;
7) Əmirvan (---) - 1902 – ci il;
8) Bəylərkənd ( ---) - 1 sentyabr 1901 – ci il;
9) Girdədul ( --- ) – 1 sentyabr 1901 – ci il;
10) Qaradağlı – Ceynam - 1903 – cü il;
11) Kotavan (---) – 1903 – cü il;
12) Qaraqan ( ---) - 1902 – ci il;
13) Tağlar (---) - 1 noyabr 1884 – cü il;
14) Bəylərkənd (---) - 1888 - ci il;
15) Qayabaşı (---) - 1887 – ci il;
16) Azat ( Gəncə qəzası ) – 1900 – cü il;
17) Badakənd -1 sentyabr 1902 – ci il;
18) Bəhmənlər rus – tatar (---) -23 aprel 1898 – ci il;
19) Bayan - 1899 – cu il;
20) Geran - 1903 – cü il;
21) Zeyvə - 1902 – ci il;
22) Zurnabad - 3 noyabr 1897 – ci il;
23) Ziyadlı - 1903 – cü il;
24) Kuşi – 1 sentyabr 1901 – ci il;
25) Karxun - 1 sentyabr 1902 – ci il;
26) Aşağı – Ağcakənd – 1902 – ci il;
27) Novoqerelov – 1900 – cü il;
28) Novoivanov – 1900 – cü il;
29) Novo – Mixaylov – 1899 – cu il;
30) Novo – Saratov – 1900 – cü il;
31) Qacalı - 1 sentyabr 1902 – ci il;
32) Abrakunus ( Naxçıvan qəzası ) - 1895 – ci il;
33) Danagirt (---) - 1901 – ci il;
31) Yuxarı – Əzin (---) - 1901 – ci il;
32) Aznabürt (---) - 1903 – cü il;
33) Caqrı qadın məktəbi (---) - 1903 – cü il;
34) Şıxmahmudlu (---) - 1903 – cü il;
35) Köhnə - Culfa (---) - 1903 – cü il;
36) Gümrü (---) - 1903 – cü il;

37) Ağstafa dəmiryol məktəbi ( Qazax qəzası ) – 23 yanvar 1900 – ci il;
38) Açasu ( Açacur ) ( --- ) - 1903 – cü il;
39) Başkənd – 1904 – cü il;
40) Yuxarı – ağdan - 1898 – ci il;
41) Dilican – 1886 - 1899;
42) Qaradaş - 1903 – cü il;
43) Qıraxkəsəmənli - 1 sentyabr 1901 – ci il;
44) Qulalı - 1902 – ci il;
45) Kulp ( Koxb ) – 1903 – cü il;
46) Poylu - 1 sentyabr 1901 – ci il;
47) Tovuzqala - 1904 – cü il;
48) Tovuzkənd - 1904 – cü il;
49) Bayan - 5 avqust 1899 – cu il;
50) Akstafa dəmiryol məktəbi- 1 sentyabr 1901 – ci il;
51) Ağbilkənd ( Nuxa qəzası ) - 1898 – ci il;
52) Göybulaq - 1898 – ci il;
53) Göynük - 1884 – cü il;
54) Əmirvər - 1 noyabr 1884 – cü il;
55) Dağbulaq - 1898 – ci il;
56) Koxmux ( müsəlman ) - 12 dekabr 1884 – cü il;
57) Padar - 1883 – cü il;
58) Səbatlı -1 sentyabr 1901 – ci il;
59) Xaçmaz - 1890 – cı il;
60) Yaqublu - 1898 – ci il;
61) Qarğabazarı - ( Cəbrayıl qəzası ) – 1883 – cü il;
62) Hadrut qadın məktəbi (Cəbrayıl qəzası)- 1898 – ci il;
63) Maralyanı ( Cəbrayıl qəzası ) – 1903 –cü il;
64) Talış - 1898 – ci il;
65) Alpaut ( Cavanşir qəzası ) – 1883 – cü il;
66) Vəngli (---) – 1890 – cı il;
67) Marağalı ( --- ) – 1899 – cu il;
68) Talış ( --- ) – 1898 – ci il;
69) Həsənriz ( --- ) – 1902 – ci il;
70) Canyataq ( --- ) – 1902 – ci il;
71) Mardagir ( ---- ) – 1903 – cü il;
72) Tərtər ( ---- ) – 1904 – cü il;
73) Yevlax (dəmiryol stansiyasında ibtidai məktəb ) (---) -1 avqust 1908 –ci il;
74) Sarov (---) - 1885 – ci il;
75) Qubadlı ( Zəngəzur qəzası ) – 1882 – ci il;
76) Minkənd ( --- ) – 1890 – cı il;
77) Piçənis ( --- ) - 1901 – ci il;
78) Qarıqışlaq ( ---- ) - 1901 – ci il;
79) Ağcabədi ( Şuşa qəzası ) - 1883 – cü il;
80) Aranzəmi ( ---- ) - 1899 – cu il;
81) Gülablı ( --- ) - 1885 – ci il;
82) Ləmbəran ( --- ) - 1883 – cü il;
83) Güney Çartar ( müsəlman ) - 27 oktyabr 1886 – cı il;
84) Malıbəyli ( --- ) - 1899 – cu il;
85) Naxçıvanik ( --- ) - 1899 – cu il;
86) Sarruşen ( --- ) - 1900 – cü il;
87) Xankəndi qadın ( --- ) - 1896 – cı il;
88) Xankəndi kişi (---) - 1897 – ci il;
89) Çanaxçı ( --- ) - 1899 – cu il;
90) Şuşakənd ( --- ) - 1899 – cu il;
91) Şelli ( --- ) - 1 sentyabr 1901 – ci il;
92) Novruzlu ( --- ) - 1 yanvar 1901 – ci il;
93) Dağdağan ( Keşişkənd ) (--- ) - 1 sentyabr 1901 – ci il;
94) Siznik ( Xaçmaz ) ( --- ) - 1 sentyabr 1901 – ci il;
95) Daşbulaq ( --- ) - 1 sentyabr 1901 – ci il;
96) Şıxlar – Qərvənd ( --- ) - 1 sentyabr 1901 – ci il;
97) Baluca - Xənəzək ( --- ) - 27 iyul 1899 – cu il; 1903 –cü il;
98) Hindarx ( --- ) - 1904 – cü il;
99) Daşbulaq (---) - 1888 – ci il;
100) Pircamal (---) - 12 noyabr 1899 – cu il;
101) Talış (---) - 1898 – ci il;
102) Hüsülü ikiillik (---) ( açılış tarixi hələlik aşkarlanmayıb); -
103) Gədəbəy – zavod birillik şəxsi məktəb ( Gəncə qəzası ) - 1892 – ci il;

104) Xanqərvənd ibtidai ( Gəncə qəzası ) ( açılış tarixi hələlik aşkarlanmayıb);
105) Yuxarı Ağcakənd ikiillik (---) (---------------);
106) Yuxarı Ayıblı ikiillik ( ---) (----------------);
107) Qaryagin ikiillik ( Qaryagin qəzası) (--------------);

Bakı və Gəncə quberniyaları üzrə:
Gimnaziya və progimnaziyalar:
1) Bakı 1 ci – 1 sentyabr 1896 – cı il;
2) Bakı 2 – ci - 1 iyul 1910 – cu il;
3) Bakı 3 – cü - 1 iyul 1910 – cu il;
4) Gəncə - 31 mart 1881 – ci il;
Progimnaziyalar:
1) Lənkəran - 1910 - 1913 – cü illər;
Real məktəblər:
1) Bakı - 1 yanvar 1874 – cü il;
2) Şamaxı - 26 oktyabr 1906 – cı il;
3) Şuşa - 20 sentyabr 1881 – ci il;
Texniki uçilişlər:
1) Bakı - 1905 – ci il;
Müəllim institutları və seminariyalar:
Seminariyalar:
1) Gəncə - 1 iyul 1914 – cü il;
Qadın gimnaziyaları və progimnaziyalar:
1) Bakı Mariya - 3 sentyabr 1874 – cü il;
2) Bakı 2 – ci - 15 may 1882 – ci il;
3) Bakı 3 – cü - 11 sentyabr 1913 – cü il;
4) Balaxanı - 1 sentyabr 1911 – ci il;
Müqəddəs Nina müəssisələri:
1) Bakı - 15 aprel 1848 – ci il;9 iyul 1897 – ci ildə yenidən qurulub;
2) Gəncə - 14 yanvar 1885 – ci il;
Progimnaziyalar:
1) Lənkəran - 4 fevral 1913 – cü il;
2) Balaxanı - 1 sentyabr 1911 – ci il;
Mariya qadın uçilişləri;
1) Zaqatala - 1 iyul 1904 – cü il;
2) Şuşa - 1 iyul 1894 – cü il;
Ali ibtidai və şəhər uçilişləri:
Ali ibtidai uçilişlər:
1) Bakı 1 – ci kişi - 1 oktyabr 1912 – ci il;
2) Bakı 2 – ci - 1 sentyabr 1914 – cü il;
3) Gəncə - “---- “ “---- “ “----“;
4) Zaqatala - “----“ “----“ “----“;
5) Qazax - “----“ “----“ “----“;
6) Quba - 1 yanvar 1914 – cü il;
7) Lənkəran - 1 iyun 1904 – cü il;
8) Naxçıvan - 1 sentyabr 1914 – cü il;
9) Nuxa - 1 yanvar 1914 – cü il;
10) Ordubad - 1 sentyabr 1914 – cü il;
11) Şamaxı - 1 yanvar 1914 – cü il;
12) Şuşa - 1 sentyabr 1914 – cü il;
Şəhər uçilişləri:
1) Bakı 1 – ci - 1 sentyabr 1889 – cu il;
2) Bakı 2 – ci - 31 may 1898 – ci il;
3) Bakı 3 – cü - 1 sentyabr 1911 – ci il;
4) Quba - 1 sentyabr 1908 – ci il;
5) Lənkəran - 1 iyul 1904 – cü il;
6) Sabunçu - 1 oktyabr 1904 – cü il;
7) Şamaxı - 1 sentyabr 1901 – ci il;
8) Gəncə - 1 sentyabr 1884 – cü il;
9) Nuxa - 1 dekabr 1831 – ci il;
10) Şuşa - 1 iyul 1875 – ci il;
11) Naxçıvan - 1879 – cu il;
12) Ordubad - 1908 – ci il;
I. Dövlət məktəbləri.
a) Şəhər ikiillik

1) Quba ( Quba şəhəri ) - 1870 – ci il;
2) Lənkəran ( Lənkəran şəhəri ) - 1856 – cı il;
b) Kənd normal
1) Göyçay ikiillik ( Göyçay ) - 1878 – ci il;
2) Altı – Ağac birillik ( Şamaxı qəzası ) - 1879 – cu il;
3) Salyan birillik ( Salyan ) - 1880 – ci il;
4) Xaçmaz dəmiryol məktəbi - ( açılış tarixi hələlik aşkarlanmayıb);
5) Kürdəmir dəmiryol məktəbi – (-----------------------).
II. İctimai məktəblər.
a) Şəhər ikiillik.
1) Bakı qadınlar ( Bakı şəhəri ) - 1891 – ci il;
2) Bakı dəmiryol məktəbi ( Bakı şəhəri ) - 1895 – ci il;
b) Şəhər birillik.
1) Bakı Aleksandr ( Bakı şəhəri ) - 1881 – ci il;
2) Bakı 1- ci məktəb ( Bakı şəhəri ) – 1883 – cü il;
3) Bakı Turgenyev 2 – ci məktəb ( Bakı şəhəri ) - 1883 – cü il;
4) Bakı Lermantov ( Bakı şəhəri ) - 1891 – ci il;
5) Bakı 3 – cü məktəb ( Bakı ş. ) - 1883 – cü il;
6) Bakı 4 – cü məktəb ( Bakı ş. ) - 1896 - cı il;
7) Bakı 5 – ci məktəb ( Bakı ş. ) - 1897 – ci il;
8) “---“ 6 – cı məktəb ( --- ) - 1897 – ci il;
9) “---“ 7 – ci məktəb (---) - 1898 – ci il;
10) “---“ 8 – ci məktəb (---) - 1899 – cu il;
11) “---“ 9 – cu məktəb (---) - 1900 – cü il;
12) “---“ 10 – cu məktəb (---) - 1900 – ci il;
13) “---“ 11 – ci məktəb (---) - 1901 – cü il;
14) Bakı Budaqov 12 – ci məktəb (---) - 1903 – cü il;
15) “---“ 13 – cü məktəb (---) - 1903 – cü il;
16) 1 – ci rus –tatar məktəbi (---) - 1891 – ci il;
17) 2 – ci rus – tatar məktəbi (---) - 1892 – ci il;
18) 3 – cü rus – tatar məktəbi (---) - 1898 – ci il;
19) 4 – cü rus –tatar məktəbi (---) - 1898 – ci il;
20) 5 – ci rus – tatar məktəbi (---) - 1899 – cu il;
21) 6 – cı rus – tatar məktəbi (---) - 1899 – cu il;
22) 7 – ci rus – tatar məktəbi (---) - 1900 – cü il;
23) 8 – ci rus –tatar məktəbi (---) - 1900 – cü il;
24) 9 – cu rus – tatar məktəbi (---) - 1901 – ci il;
25) Neft sənayeçiləri qurultayının Qaraşəhər 1 – ci məktəbi (---) - 1898 – ci il;
26) “----“ “---“ “---“ 2 –ci məktəbi (---) - 1901 – ci il;
27) Nobel qardaşlarının Qaraşəhər məktəbi (---) - 1901 – ci il;

c) Zemstvo normal məktəblər.
1) Astraxan ( Şamaxı qəzası ) - 1887 – ci il;
2) Baskal ( --- ) - 1887 – ci il;
3) Kürcəvan ( --- ) - 1887 – ci il;
4) Kərkəc ( --- ) - 1885 – ci il;
5) Kürdəmir ( --- ) - 1885 – ci il;
6) Mərəzə ( --- ) - 1885 – ci il;
7) Çuxuryurd ( --- ) - 1887 – ci il;
8) Lahıc ( --- ) - 1888 – ci il;
9) Xilməli ( --- ) - 1897 – ci il;
10) Şamaxı qadın məktəbi ( Şamaxı şəhəri ) - 1904 – cü il;
11) Qazyan (Göyçay qəzas ) - 1885 –ci il;
12) Qalagin (---) - 10 oktyabr 1899 – cu il;
13) Kirk (---) - 10 noyabr 1897 – ci il;
14) İvanovka kişi məktəbi ( --- ) - 1887 – ci il;
15) Zərdab ( --- ) - 1898 – ci il;
16) Hacıqabul birillik dəmiryol məktəbi - 3 fevral 1892 – ci il;
17) Andreyev ( Lənkəran qəzası ) - 1898 – ci il;
18) Novoqolsk ( --- ) - 1879 – cu il;
19) Privolnı ( --- ) - 1885 – ci il;
20) Prişib ( --- ) - 1895 – ci il;
21) Lənkəran ( xristian ) - 1903 – cü il;
22) Lənkəran ( xristian ) - 1898 – ci il;
23) İmamqulukənd ( Quba qəzası ) - 1887 – ci il;
24) Qonaqkənd ( --- ) - 1887 – ci il;
25) Mixaylov ( --- ) - 1886 – cı il;
26) Xəzri ( --- ) - 1886 – cı il;
27) Quba ( xristian ) ( --- ) - 1897 – ci il;
28) Bakı şəhər ( roma – katolik ) - 1904 – cü il;

d) Şəhər uçilişləri

1) Bakı 1 – ci - 1 sentyabr 1889 – cu il;
2) Bakı 2 - ci - 31 may 1898 – ci il;
3) Bakı 3 – cü - 1 sentyabr 1911 - ci il;
4) Sabunçu - 1 oktyabr 1904 – cü il;
5) Quba - 1 sentyabr 1908 – ci il;
6) Şamaxı - 1 sentyabr 1901 – ci il;
7) Gəncə - 1 sentyabr 1884 – cü il;
8) Nuxa - 1 dekabr 1831 ci il, 1 sentyabr 1875 – ci il;
9) Nuxa 1 – ci rus- tatar ( Şiə Cümə məscidinin nəzdində) – 28 oktyabr 1896 – cı il;
10) Nuxa 2 – ci rus – tatar məktəbi - 25 iyun 1897 – ci il;
11) Şuşa - 1 iyul 1875 – ci il
12) Lənkəran - 1 iyul 1904 – cü il;
13) Zaqatala - 1 iyul 1886 – cı il;
14) Naxçıvan - 1 iyul 1879 – cu il;
15) Ordubad - 1 iyul 1897 – ci il, 1 sentyabr 1908 – ci il;
Dövlət məktəbləri
a) Şəhər ikiillik
1) Quba – 1870 – ci il;
2) Lənkəran – 1856 – cı il;
3) Bakı 1 – ci şəhər – 1 sentyabr 1889 – cu il; ( Bakı 2 – ci şəhər 31 may 1898 – ci il);
4) Gəncə - 1 sentyabr 1884 – cü il;
5) Şuşa – 1 iyul 1875 – ci il;
6) Nuxa – 1 sentyabr 1877 – ci il;
7) Şamaxı – 1877 – ci il;
8) Şamaxı ( 4 illik ) – 1860 –cı ildə əsası qoyulub, 1901 – ci ildə yenidən təşkil edilib;
9) Naxçıvan – 1 iyul 1879 – cu il;
10) Naxçıvan ( 3 illik ) – 1837 – ci ildə əsası qoyulub. 1870 – ci ildə yenidən təşkil edilib;
11) Ordubad ( 3 illik ) – 1854 –cü il; ( 1 iyul 1897 – ci ildə yenilənib);
12) Zaqatala – 1 iyul 1886 – cı il;

Orta texniki uçilişlər:
Bakı quberniyası:
1) Bakı şəhəri - 1;
Ibtidai texniki, peşə və sənaye uçilişləri:
1) Bakı - 1;
2) Gəncə - 1;
3) Zaqatala – 1.
İctimai məktəblər
a)Şəhər uçilişləri ( 1 illik )
1) Bakı birinci - !883 – cü il;
2) Bakı ikinci – 1896 – cı il;
3) 1 – ci rus – tatar – 1891 – ci il;
4) 2 – ci rus – tatar – 1891 – ci il;
5) 3 – cü ris – tatar - 1892 – ci il;
6) Aleksandr məktəbi – 1883 – cü il;
7) Lermantov məktəbi – 1891 – ci il;
8) Turgenyev məktəbi – 1883 – cü il;
Ibtidai məktəblər:
Naxçıvan qəzası:
1) Yuxarı – Akulis kişi məktəbi - 1898 – ci il;
2) Yuxarı – Akulis qadın məktəbi - 1898 – ci il;
3) Aşağı – Akulis ( qarışıq ) - 1899 – cu il;
4) Vənənd - 1896 – cı il;
5) Kuznut - 1897 – ci il;
6) Dişnə - Almalı - 1900 – cü il;

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün müstəqillik şərbətini dadmış Azərbaycanımızın keçmiş dövlətçilik tarixini varaqlayarkən çox, uzun – uzun səhifələr bizə əsarət tarixindən xəbər verir.

Tarixdə baş verən bütün müharibələr işğalçılıq məqsədi daşıyırdı və bu gün də böyük güclər dünyanı bölüşdürmək uğruna belə niyyətli müharibələri davam etdirirlər. Bir çox ölkələr isə həmişə cazibə mərkəzi olmuşdur. Azərbaycan da belə ölkələrdəndir. Əlverişli geosiyasi vəziyyət, Yaradanın qızırqalanmadan qərq etdiyi yeraltı və yerüstü sərvətlər Azərbaycanı bu cazibə mərkəzinə salmış və uzaq – yaxın keçmişimizdə olduğu kimi bu gün də hər tərəfdən bu torpaqlardan pay qoparmaq, bəhrələnmək istəyən leşyeyənlər ətrafı sarmışdır. Lakin zaman – zaman hər tərəfdən – şimaldan, çənubdan, şərqdən və qərbdən parçalanan Azərbaycanımız, itirdiklərinə rəğmən şükürlər olsun ki, dünya dövlətləri xəritəsinə öz adını həkk edə, dünya siyasətində müstəqillik və dövlətçilik möhürünü vura bilmişdir. Azərbaycan bu günkü dünyaya öz mövcud olduğu məkanla bağlı məsələlərdə onunla hesablaşmağın qaçılmazlığını diktə edən bir dövlətə çevirilmişdir.

Bu gözəl Vətənimizin, hürriyyətimizin və müstəqilliyimizin daimi və əbədi olması arzusuyla zəkamız aydın, yolumuz açıq olsun.



Teqlər:





Xəbər lenti