Vulkana görə 2500 nəfər evakuasiya edildi

Vulkana görə 2500 nəfər evakuasiya edildi
  12 Avqust 2013    Oxunub:1277
İndoneziyada Rokatenda vulkanının püskürməsi nəticəsində 2500 insan evakuasiya edilib.
AzVision.az xəbər verir ki, sakinlərin çoxu əmlakını qorumaq üçün evlərini tərk etməkdən imtina ediblər. Təxminən 500 sakin qonşu Flores adasına evakuasiya edilib. İki min nəfər isə vulkan püskürməyə başlayanda evlərindən çıxıb.

Qeyd edək ki, vulkan avqustun 10-da püskürməyə başlayıb. Güclü lava iki kilometr kənara atıldığından 5 nəfər həlak olub. Ölənlərdən ikisinin uşaq olduğu bildirilib. Vulkan binaları, tikinti obyektlərini və kəndlərdən birindəki əsas körpünü dağıdıb.

AzVision.az


Teqlər:





Xəbər lenti