Saakaşvili ilə İvanişvili dalaşdı

Saakaşvili ilə İvanişvili dalaşdı
  12 Avqust 2013    Oxunub:1419
Rəsmi qəbul zamanı Gürcüstanın prezidenti və baş naziri arasında dava düşdü
AzVision.az xəbər verir ki, Gürcüstan prezidenti Mixeil Saakaşvili tribunada çıxış edərkən baş nazir Bidzina ivanişvilini tənqid atəşinə tutub.

Saakaşvilini özündən çıxaran “avqust müaqişəsinə görə Gürcüstan hökuməti də məsuliyyət daşıyır” sözləri olub.

Prezidentin od-alovlu çıxışı zamanı, hökumət başçısı onun sözünü kəsib və onlar arasında söz davası başlayıb. Bir qədər sonra Gürcüstan Parlamentinin sədri David Usupaşvili, baş verənlərə görə Batumidə səfərdə olan amerikalılardan üzr istəməyə məcbur olduğunu etiraf edib.

O, həmçinin qeyd edib ki, Saakaşvili növbəti dəfə rəsmi qəbul norma və qaydalarını pozub.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti