Ronald Reyqanın məsləhətçisi öldü

Ronald Reyqanın məsləhətçisi öldü
  12 Avqust 2013    Oxunub:1485
Reyqanın sağ əli hesab edilən Uliyam Klarkın 82 yaşı var idi.
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın ən yaxın məsləhətçilərindən biri ola Uliyam Klark avqustun 10-da, Kaliforniyadakı rançosunda dünyasını dəyişib. Bu barədə onun oğlu məlumat verib. Keçmiş siyasətçinin parkenson xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Klark, Reyqanın komandasına 1966-cı ildə , gələcək prezident hələ Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürən vaxt qoşulub. Reyqan Ağ rəhbəri seçiləndən sonra, Klark prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi seçilib (1982-83). O, Ağ Evdə prezidentdən sonra sözü keçən 1-ci adam olub.

1983-1985 –ci illərdə Klark daxili işlər naziri postunun sahibi olub.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti