Baş nazir seçkiqabağı sürücülük etdi – VİDEO

Baş nazir seçkiqabağı sürücülük etdi – VİDEO
  12 Avqust 2013    Oxunub:1325
Norveçin baş naziri seçkilər qabağı xalqın fikrini öyrənmək üçün bir gün taksi sürücüsü olub.
AzVision.az Sky News-a istinadən xəbər verir ki, Norveçin baş naziri Yens Stoltenberq Osloda taksi sürücüsü kimi sərnişinləri daşımağa başlayıb.

“İnsanların seçkilər barədə söylədikləri mənim üçün vacibdir. Bunu isə onlar yalnız taksidə etiraf edə bilərlər” – o vurğulayıb.

Taksiyə gizli yerləşdirilən kamera sərnişinlərin reaksiyasını göstərib. Onlardan biri yan tərəfdən baxaraq “sürücü necə də baş nazirə bənzəyir” – deyə söyləyib.

Qeyd edək ki, Norveçdə seçkilər sentyabrın 9-da baş tutacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti