ABŞ-da Məhəmməd Mursiyə dəstək aksiyası keçirilib

ABŞ-da Məhəmməd Mursiyə dəstək aksiyası keçirilib
  11 Avqust 2013    Oxunub:1143
ABŞ-ın Vaşinqton şəhərində Ağ evin yaxınlığında Misirin devrilmiş prezidenti Məhəmməd Murisyə dəstək aksiyası keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ evin 300 metrliyində Freedom Plazanın qarşısında baş tutan aksiya 5 saat davam edib. Aksiya iştirakçıları “Misirdəki müdaxiləni dayandırın”, “Artıq hərbi idarəetmə olmasın”, “Sakit dayanmaq hərbi cinayətdir” kimi şüarlar səsləndiriblər. Aksiyaçılar ABŞ-ın Misirdəki hərbi müdaxilə ilə bağlı reaksiyasını tənqid ediblər və “Obama, görürsən? Misir demokratiya istəyir”, “Demokratiyaya hə, ikiüzlülüyə yox” şüarlarını da səsləndirib.

Fatimə


Teqlər:





Xəbər lenti