Miqrantların Rusiyadan böyük köçü başlayır
Onun sözlərinə görə, yaxın günlərdə düşərgədəki miqrantlardan üçdə biri vətənlərinə göndəriləcək. Deportasiya prosesinin avqustun 13-dən başlayacağını bildirən O. Kirillova təyyarələrdə boş yerlər tapılacağı təqdirdə prosesin daha tez başlayacağını istisna etməyib: “Artıq miqrantların şəxsiyyəti müəyyənləşdirilib. Əvvəlcə Qolyanovo düşərgəsində saxlanılan miqrantlar özləri barədə səhv məlumat verdiklərindən bu proses bir qədər uzanırdı. İndi isə miqrantlarn şəxsiyyəti müəyyən edilib və onlar ilk fürsətdə ölkələrinə göndəriləcəklər”.
Bu arada `köç` başlayanadək Rusiya qanunsuz miqrantları müvəqqəti olaraq uşaq düşərgələrində yerləşdirməyi planlaşdırır.
Rusiya Dövlət polis idarəsi bildirir ki, şəhərdə 2 min nəfərlik insan üçün sığınacaq lazımdır. Hüquq-mühafizə orqanları bunun üçün artıq 3 meydançaya baxış keçiriblər.
AzVision.az
Teqlər: