Güləş Federasiyası iranlı məşqçiləri qovub?

Güləş Federasiyası iranlı məşqçiləri qovub?
  20 Sentyabr 2016    Oxunub:2323
Yerli mətbuatda Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçilərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə Güləş Federasiyası münasibət bildirilib.
AGF-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hal-hazırda yığma komandanın məşqçilər korpusunda hər hansı bir dəyişiklik müzakirə mövzusu deyil.

Qeyd olunub ki, dəyişiklik baş verərsə, rəsmi qərar barədə mətbuata əlavə açıqlama veriləcək.

Qeyd edək ki, KİV-də yer alan məlumata əsasən Güləş Federasiyasının rəhbərliyi yunan-Roma millimizin iranlı məşqçi heyəti ilə yolunu ayırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti