Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Qeyd olunan vəsaitin ayrılmasında məqsəd abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsidir.