Mirmahmud Mirəlioğlu avtomobil qəzasından danışdı

Mirmahmud Mirəlioğlu avtomobil qəzasından danışdı
  08 Avqust 2013    Oxunub:1311
“Qəza nəticəsində heç kim xəsarət almayıb. Salamatlıqdır”.
Bunu Azvision.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu bu gün baş verən avtomomil qəzası barədə danışarkən deyib: “Səbəbkarın kim olduğuna gəlincə isə, dəmir dəmirə dəyib. Əsas odur ki, şükür Allaha hər şey qaydasındadır. Narahat olan dostlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm”.

Məlumat üçün bildirək ki, M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı UAZ markalı avtomobil Gənclik metrosu istiqamətində hərəkətdə olan 10 VR 862 nömrə nişanlı Nissan Sunny markalı maşınla toqquşub.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti