Ombudsman Aparatının əməkdaşları məhkumlarla görüşüb

Ombudsman Aparatının əməkdaşları məhkumlarla görüşüb
  08 Avqust 2013    Oxunub:1255
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.
Ombudsman Aparatından AzVsion.az-a verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər, əsasən məhkəmə qərarları ilə bağlı şikayətlər səsləndiriblər. Həmin məhkumlara hüquqi məsləhətlər verilib,Ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti