Səhiyyə Nazirliyinə 101 şikayət daxil olub

Səhiyyə Nazirliyinə 101 şikayət  daxil olub
  07 Avqust 2013    Oxunub:1108
Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə 2013-cü il iyul ayı ərzində 352 müraciət daxil olub.

AzVision.az-ın məlumatına görə, daxil olmuş müraciətlərin 280-i (21-i əsaslı, 158-i isə əsassız, 101-i cari problemlərlə bağlı şikayət), 3-ü - aidiyyəti üzrə deyil, 69-u sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti