2 nəfər xilas edilib

  06 Avqust 2013    Oxunub : 431
2 nəfər xilas edilib
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonunda (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən 1nəfər batmaq təhlükəsi ilə üzləşib. O, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Sabunçu rayonunda da (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 750 metr sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

AzVision.az

Teqlər: