Qan içən tayfa - Dəhşətli Fotolar

Qan içən tayfa -  Dəhşətli Fotolar
  15 Avqust 2016    Oxunub:13726
Efiyopiyada yerləşən Omo vadisinin ətarafında yaşayan Bodi adlı tayfa öz qəribə adətləri dünya mətbuatının gündəmini zəbt ediblər.
AzVision.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, qəbilə üzvləri iyul ayında yen il adlandırdıqları bayramı qeyd edirlər. Bayram zamanı müxtəlif yarışlar təşkil olunur.

Bu yarışlar üçün hər kənddən gənclər seçilir. Onlar isə 6 ay müddətində inək qanı və süd ilə qidalanaraq kökəlirlər. Fransız fotoqraf Eric Lafforgue həmin qəbilənin yaşadığı kəndə gedib və bütün adətləri fotoaparatın yaddaşına köçürüb.

Yarışmada ancaq subay kişilər iştirak edə bilərlər. Yüksək tempraturun hökm sürdüyü Afrikada qan tez bir zamanda laxtalanır. Nəticədə yarış iştirakçıları 2 litr qanı bir dəfəyə içməlidirlər.



Bəzən yarışmaçıların mədəsi həmin qanı qəbul etmir və qusurlar. Onlar qanı əldə etmək üçün heyvanları öldürmürlər. Heyvanların boğaz hissələrindən kiçik bir deşik açırlar və özlərinə lazım olan qədər qanı oradan çıxardıqdan sonra həmin yeri bağlayırlar. Bu yarışmanın qalibi hər hansı bir mükafatla təltif olunmur. Amma həmin qalib gənclə bütün qəbilədə qəhrəman kimi rəftar edilir.

















AzVision.az




Teqlər:  





Xəbər lenti