Xəbər verdiyimiz kimi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qarabağ” son Çexiya çempionu “Viktoriya”nı qəbul edəcək.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” "Azərsun Arena"da oyunöncəsi son məşqinə çıxıb. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər və azarkeşlər üçün açıq olub.