Prokurorluq seçkiyə hazırlaşır

Prokurorluq seçkiyə hazırlaşır
  02 Avqust 2013    Oxunub:1300
Azərbaycan Respublikası Baş Prokurorluğunda 2013-cü ilin birinci yarısının nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə cari ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Prezident seçkisinin keçirilməsi ilə əlaqədar digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Xüsusi qeyd edilib ki, aparılmış rəy sorğularının nəticələrinə görə dövlət başçısı İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı”, Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən “İlin adamı” seçilməsi, ən nəhayət, Prezident seçkilərilə bağlı ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz ona səs verəcəklərini bildirməsi xalqın öz rəhbərinə göstərdiyi etimadın nəticəsidir.


Teqlər:





Xəbər lenti