İnklər uşaqları narkotiklə öldürüblər – FOTO, VİDEO

İnklər uşaqları narkotiklə öldürüblər – FOTO, VİDEO
  02 Avqust 2013    Oxunub:3675
Qədim İnklər uşaqlarını öldürmək üçün onlara narkotik və içki verirmişlər.
AzVision.az Science-Facts-a istinadən məlumat verir ki, Argentinadan tapılmış İnk tayfalarına aid üç mumiya üzərində tədqiqat aparılıb. Nəticədə İnklərin uşaqları qurban verməsi barədə faktlar ortaya çıxıb. Araşdırma “Proceedings of the National Academy of Sciences”də dərc olunub.

Alimlər müəyyənləşdiriblər ki, uşaqları öldürmək üçün həftələrlə, hətta aylarla narkotik və spirtli içkilərdən istifadə edilib. İnk tayfasına aid yeniyetmə qız üzərində aparılan test nəticəsində məlum olub ki, o, ölümündən qabaq çox miqdarda içki və narkotik qəbul edib.

“İspan tarixçiləri belə güman edirlər ki, uşaqların qurban verilməsinin müxtəlif səbəbləri olub. Onlar müharibə və ya təbii fəlakətlərə, eyni zamanda, İnklərin həyatında vacib hesab edilən dini ayinlərə görə öldürülə bilərdilər” - Bradford universitetinin arxeoloji elmlər şöbəsinin professoru Emma Braun bildirib.

İnk tayfasının uşaqlarının üçü də tapılarkən yatılı vəziyyətdə olub. Alimlər onların saçından tapılan kimyəvi maddələri analiz ediblər. Məlum olub ki, uşaqlar ölməzdən bir neçə ay qabaq spirtli içki və kokain qəbul ediblər. Bəziləri bunu dini ayinlərlə bağlayıblar. Alimlərin sözlərinə görə, qurban ediləcək qızlar qabaqcadan xüsusi ailələrdən seçilirdi. Qurban verildikləri üçün onların qida rasionu da dəyişirdi – kartofdan zülalla zəngin ət və qarğıdalıya keçirdilər. Tədqiqatın nəticələrinə görə, uşaqların üzərində heç bir zorakılıq izləri aşkar olunmayıb.

Qeyd edək ki, İnk tayfasına aid mumiyalanmış üç yeniyetmə cəsədi 1999-cu ildə Argentinada tapılıb. Maraqlıdır ki, cəsədlər olduğu kimi qalmışdı. Cəsədlərin 500 il əvvələ - XV əsrdə avropalılar gələnədək Cənubi Amerikada dominant olan İnk dövrünə aid olduğu bildirilir.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti