300-dən çox bal toplamış oğlan abituriyentlərin nəzərinə

300-dən çox bal toplamış oğlan abituriyentlərin nəzərinə
  01 Avqust 2013    Oxunub:959
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbi) qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) iki illik təhsil proqramı üzrə müsabiqə elan edilir.

AzVision.az xəbər verir ki, müsabiqədə 2013-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 300-dən yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki,müsabiqədə iştirak edənlər arasından 1 nəfər gəncin seçilib iki il müddətinə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) göndərilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 2-dən 7-dək hər gün (bazar günü istisna olmaqla) saat 10-dan 17-dək TQDK-ya (ünvan: Akademik Həsən Əliyev küçəsi 17; tel: (012) 440 30 09 ; email: [email protected]) müraciət edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti