Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
  25 Aprel 2024    Oxunub:1578
Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
AzVision.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsindəki idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Eyni çəkiyə malik Turan Bayramov III yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza, 52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya uduzub.

Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.

Aprelin 27-də başa çatacaq çempionatda ölkəmiz 13 cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: idman   cüdo   Avropa-çempionatı  





Xəbər lenti