Voleybol Federasiyaları arasında memorandum imzalanıb

Voleybol Federasiyaları arasında memorandum imzalanıb
  24 Aprel 2024    Oxunub:775
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizə səfərə gəlmiş GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Anlaşmada federasiyalar arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi öz əksini tapıb.

Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

AzVision.az


Teqlər: idman   voleybol   memorandum  





Xəbər lenti