"Qarabağ" finala yüksəlib

Oyun Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar"da qolları 16 və 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə isə Qara Qarayev avtoqol edib.
"Ağ-qaralar"ın yeganə qolunu isə 64-cü dəqiqədə Reziuan Mirzov vurub.
Beləliklə, İlk matçda rəqibini dörd cavabsız qolla üstələmiş "Qarabağ" finala vəsiqə qazanıb.
Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.
Teqlər: idman futbol Azərbaycan-Kuboku