Millimiz ermənilərə qalib gəldi

Millimiz ermənilərə qalib gəldi
  08 İyul 2016    Oxunub:2050
Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzVision.az-a verilən məlumata görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya və Hersoqovina, Avstriya, İspaniya komandaları ilə keçirəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti