2819 bina istiliklə təchiz edilib

2819 bina istiliklə təchiz edilib
  28 İyul 2013    Oxunub:1215
İstiliklə təchiz edilən binaların sayı artıb.
"Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təchiz edilmiş yaşayış binalarının sayı 2012-2013-cü illər istilik mövsümündə 2819 ədəd təşkil edib. 2011-2012-ci illər istilik mövsümündə isə bu rəqəm 2561 olub. AzVision.az xəbər verir ki, bu barədə ASC-nin saytında yerləşdirilən ümumi cədvəldə deyilir.

Xüsusilə, 2012-2013-cü illər mövsümündə istiliklə təchiz edilmiş binaların ümumi sayından 2579 bina Bakının, 240 bina isə regionların payına düşür.

Qeyd edilən dövrdə qazanxanaların ümumi sayı 425 ədəd təşkil edib. 2011-2012-ci illərdə isə bu göstərici 362 ədəd olub.

AzViison.az


Teqlər:





Xəbər lenti