Dövlət Ağalarova 1 milyard pul verdi

Dövlət Ağalarova 1 milyard pul verdi
  09 İyun 2016    Oxunub:4979
Rusiyanın Maliyyə Nazirliyi azərbaycanlı milyarder Araz Ağalarova məxsus olan “Crocus Group” şirkətinə 1,1 milyard rubl məbləğində kompensasiya ödəyib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirliyin kompensasiya ödəməsi Vladivastokda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitinə hazırlıq zamanı şirkətə vurulan ziyanla əlaqədardır.

Məlumatı Ağalarovun özü də təsdiqləyib. O, vurğulayıb ki, məhkəmə qərarı əsasında Maliyyə Nazirliyinə müraciət edib.

Ağalarov bəyan edib ki, yolların tikintisi və ərazidə şəraitin yaxşılaşdırılması üçün şəxsi büdcəsindən 3,6 milyard rubl xərcləyib. 2009-cu ildə “Crocus Group” Rusiya adasında Uzaq Şərq Universitetinin tikintisində baş podratçı olub.

“Crocus Group” yeganə podratçı kimi Federal hakimiyyətin sifarişi ilə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti üçün bütün lazımi infrastrukturla Dalnevostok Dederal Universitetini (DVFU) tikib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti