"Qazaxla sərhəddə delimitasiya texniki cəhətdən başa çatıb"

   "Qazaxla sərhəddə delimitasiya texniki cəhətdən başa çatıb"
  26 Aprel 2024    Oxunub:1216
"Azərbaycan-Ermənistan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu ərazisindəki hissəsində delimitasiya prosesi texniki cəhətdən yekunlaşıb".
AzVision.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə komissiyasının sədri Armen Xaçatryan söyləyib.

Onun sözlərinə görə, həmin ərazidən keçən hissə, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, sərhəd zolağı kimi təsdiqlənib.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   delimitasiya  





Xəbər lenti