Maldiv Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək niyyətindədir
Nazirlikdən bildirilib ki, Maldiv adalarının müxtəlif sektorlarda investisiya imkanlarının nümayiş etdirilməsinə yönəlmiş İnformasiya Forumunda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Forumda bərpa olunan enerji, ətraf mühit, mənzil, infrastruktur, daşınmaz əmlak, davamlı turizm, logistika, nəqliyyat və aviasiya kimi sektorlarda investisiya imkanlarına diqqət yetirilib.
Hökumət rəsmiləri və aparıcı Azərbaycan şirkətlərinin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyətinin Maldivə səfəri yanvarın 16-dək davam edəcək.
AzVision.az
Teqlər: