“Böyük ehtimalla, Rusiya qüvvələri Ukrayna bölmələrini növbəti aylarda bu şəhərlərdən geri çəkilməyə məcbur etmək üçün Pokrovsk və Mirnoqrada terüstü təchizat xətlərini kəsmək niyyətindədir. T-0405 və T-0406 trassları şərqdən qərbə uzanan Pokrovsk-Mirnoqrad bölgəsində Ukrayna qrupuna dəstək olmaq üçün üç əsas yerüstü marşrutdan ikisidir”, - institutun analitikləri bildiriblər.
Onların fikrincə, Rusiya qoşunlarının Pokrovskdan şərqə və qərbə doğru irəliləməsi maddi-texniki təminatı, habelə Ukraynanın öz qoşunlarını yenidən təchiz etmək və yenidən yerini dəyişdirmək imkanlarını çətinləşdirə bilər. Ukrayna ordusu şimala geri çəkilməyə məcbur olarsa, ruslar Pokrovsk və Mirnoqradı mühasirəyə almaqla yanaşı, Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhədə qədər irəliləyə biləcəklər.
Analitiklərin proqnozlarına görə, Rusiya hərbi komandirləri çox güman ki, çoxsaylı piyada qoşunları ilə Pokrovsk və Mirnoqrad şəhərlərinə birbaşa hücumlardan qaçmağa ümid edirlər. Bu şəhərlərin mühasirəyə alınması isə Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi və rusların ağır şəhər döyüşləri olmadan onları ələ keçirməsi ehtimalını artırır.
Cəbhədə yaranmış belə ağır vəziyyətdə Kiyevə gələn Almaniyanın Müdafiə naziri Boris Pistorius Ukrayna hökuməti ilə danışıqlar aparmağı planlaşdırır. O, “Deutsche Presse-Agentur (DPA)” agentliyinə verdiyi açıqlamada Kiyevə əlavə yardım barədə müzakirə aparmaq və hərbi vəziyyət haqqında vəziyyət barədə məlumat almaq üçün Kiyevə səfərə gəldiyini iddia edib.
Bu arada mənbəyə istinad edən “Bloomberg” agentliyi ABŞ-nin gələcək prezidenti Donald Trampın Ukraynanın taleyinə biganə olduğunu yazıb.
- Görünür, onu Ukraynanın taleyi o qədər də maraqlandırmır və ya müharibənin ABŞ maraqları üçün strateji əhəmiyyətini başa düşmür. Amma Tramp Kiyevi Moskva ilə vaxtından əvvəl danışıqlara məcbur etməyəcək”, - mənbələr iddia ediblər.
Onların fikrincə, Ağ Evin gələcək administrasiyası Ukraynanın danışıqlar başlamazdan əvvəl güc mövqeyinə qayıtmasına kömək edə bilər, lakin Trampın hansı addımı atacağı məlum deyil.
Tramp: "Putinlə mümkün qədər tez görüşmək istəyirəm" |
Sahil İsgəndərov
AzVision.az