10-cu “ARPAÇAY OPEN” karate turniri keçiriləcək

20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş karate turniri ilə bağlı fikirlərini bölüşən Zeyd Döyüş Mərkəzinin birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, sayca 10-cu – yubiley yarışına hazırlıq işləri başa çatmaq üzrədir. 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 18 yanvar 2025-ci il tarixində saat 15:00-da Bakı İdman Sarayında baş tutacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.
Y.Hüseynovun sözlərinə görə, X “ARPAÇAY OPEN” karate turnirində 10-a yaxın xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 700-ə yaxın idmançının iştirakı gözlənilir.
AzVision.az
Teqlər: