Juravlyov: "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!" |
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.
Rusiyadan bu məsələyə sərt reaksiyalar gəlir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.
Qeyd edək ki, Ermənistan son iki ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Kreml əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər isə hətta tez-tez Gümrüdəki hərbi bazanın ləğvi məsələsini qaldırırlar. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bununla bağlı bir neçə dəfə oxşar fikirlər səsləndiriblər.
Tural Tağıyev
AzVision.az