Stoltenberq: "Bir vaxtlar Rusiyadan olduğu kimi Çindən asılı düşməməliyik"

Stoltenberq:    "Bir vaxtlar Rusiyadan olduğu kimi Çindən asılı düşməməliyik"
  26 Aprel 2024    Oxunub:648
NATO-nun baş katibi Yens Stoltenberq diqqət çəkən açıqlamalar verib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, o, "Qərb ölkələri bir vaxtlar neft və qaz tədarükü məsələlərində Rusiya ilə olduğu kimi Çindən asılı olmamalıdır" bəyanatını səsləndirib.

NATO-nun baş katibi: "Gürcüstan alyans üçün çox önəmlidir"
“Keçmişdə biz Rusiya neftindən və qazından asılı olmaq kimi bir səhvə yol vermişdik. Biz indi Çinlə bağlı da bu səhvi təkrarlamamalıyıq. Onların pulu, xammalı, texnologiyasından asılılıq bizi zəiflədir”, - Stoltenberq bildirib.

O, həmçinin qeyd edib ki, Pekin Qərb ölkələri ilə yaxşı münasibətlər saxlamaq istəyirsə, Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Çin  





Xəbər lenti