Şabrana 2 milyon manat ayrıldı

Şabrana 2 milyon manat ayrıldı
  26 İyul 2013    Oxunub:941
Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncama əsasən, Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şabran Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti