Kilo at, qızıl tut

Kilo at, qızıl tut
  18 İyul 2013    Oxunub:1343
“Ağırlığı qədər qızıl” adlı bu kampaniyanın məqsədi sağlam həyat tərzini təşviq etməkdir
Zəngin körfəz ölkəsi Birləşmiş Ərəb Əmirliklərində artan piylənmə ilə mübarizə aparmaq üçün “Ağırlığı qədər qızıl” adlı kampaniyaya start verilib.

Dubay əmirliyi 30 günlük kampaniya çərçivəsində itirilən hər kiloqram üçün bir qram qızıl verəcəyini bildirib.

Təşkilatçılar arzu edən şəxslərin tərəzidə çəkilərək kampaniyaya qoşula biləcəklərini qeyd ediblər. Mükafatı əldə etmək üçün isə azı 2 kilo itirmək şərtdir. Kampaniyanın Birləşmiş Ərəb Əmirliklərində sağlam həyat tərzini təşviq etmək məqsədilə həyata keçirildiyi bildirilir.

S.Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti